Saçlar orta hesabla ay ərzində 1-2 sm uzanır. Bu prosesi 2 və 3 dəfəyə kimi necə tezləşdirmək olar?
Qidalanma
Saç hüceyrələrinin tez böyüməsini sürətləndirən tikinti materialı-zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeq-3,6 və 9 da unutmayın. Onların ən yaxşı mənbələri-zeytun və kətan toxumu yağıdır. Onları yaşıl salata əlavə edin və qızartmalarda istifadə edin, gündəlik də 1 xörək qaşığı qəbul edin. "Böyüməni aktivləşdirən" A, E və K vitaminləri kök, kələm və çuğundurda boldur. Saçlar sink elementini də çox sevir. Ona boranı tumunda, şokoladda da kifayət qədər rast gəlmək olar. Gün ərzində 1.5 l.dən az olmayaraq su için. Bundan əlavə apteklərdə satılan saç uzanması üçün mineral dieta komplekslərini də qəbul edin.
Qulluq vasitələri
Heç zaman rəfiqənizin və ya digər şəxslərin məsləhəri ilə şampun almayın, ola bilər ki, bu məhsul onda yaxşı effekt verirsə, ancaq siz də tərsi ola bilər. Ən yaxşısı saçlarınızın ağırlaşmaması üçün tərkibi silikonsuz və faktiki olaraq orqanik məhsullardan hazırlanmış məhsullardan istifadə edəsiniz. Kondinsioner, balzam və maskalar saçlarınızın zəifləyib qırılmasının qarşısını alır, yağlar isə onların uzunluğunu, boyunu möhkəmləndirir. 4-6 ayda bir dəfə saç uzatmaq üçün xüsusi şampun və kapsullardan istifadə etmək olar. Bonus olaraq da professional tonik və saça qulluq üçün digər vasitələr də istifadə etmək olar.
Əfsanəvi ev maskası
Evdən kənara çıxmadan saçları necə tez uzatmaq olar? Ev şəraitində hazırlanan ən populyar maska-xardaldan hazırlanan maskadır ki, onun təsiri ilə qan dövranı sürətlənir. Bunun üçün 2 x/q xardal, 1 yumurta sarısı, 1ç/q bal, 2-3 x/q zeytun yağı, bir az isti su boş xəmir olana kimi qarışdırın. Maskanı ancaq baş dərisinə yaxın, üstündən duş üçün papaq geyinin və dəsmalla bağlayın. 15-30 dəqiqə saxlayın (kimin hövsələsi nə qədər çatarsa), yuyun və fensiz qurudun. Presedur daimi istifadə üçündür! Yağla hazırlanmış maskaları gecə yatarkən çəkmək daha faydalıdır. Effekti həftədə bir dəfə istifadələrdən sonra görmək mümkündür.
Saç kəsimi
Hər 3 ayda bir dəfə saçların ucundan kəsdirmək mütləqdir, bu saçlara sağlam görünüş verəcək.
Salon
Saçların vəziyyətini yaxşılaşdırmaq və onun uzanmasını sürətləndirmək üçün gözəllik salonları bir neçə metod təklif edir. Burada bitki torbasında şitaki göbələyi və yosun yarpaqları ilə saç dərisi masaj edilir. Bu prasedur mikrosirkulyasiyanı yaxşılaşdırır, saç köklərini möhkəmləndirir. Bir az ağrılı və ən effektiv üsul mezoterapiyadır- baş dərisinə xüsusi vitamin və mineral kokteyli ineksiya edilir. Bunun köməyi ilə saç tökülməsi dayanır və uzanması sürətlənir. Bəzi salonlarda "Şok terapiyası" aparılır-zəif eletrik cərəyanı ilə saç soğanaqlarına stimulyativ həmlə edilir. Saçların ən kreativ metodu kimi termosauna- soğanaqların ozon terapiyası həyata keçirilir.
Kəpək
Bəzən "Saçlarımı necə tez uzada bilərəm? Axı kəpək mane olur!" cavabı elə özündədi. Tez bir zamanda kəpəkdən azad olun.
Masaj
Başın müntəzəm masajı-saçların uzanmasını təmin edən zərif üsuldur, bu həm də orqanizmi stressdən də azad edir. Klassik "anti-stress" sayılan baş dərisinin masajına başın ortasından başlayaraq bütün saçın konturlarına kimi yavaş-yavaş barmaqların ucu ilə masaj hərəkətləri edilir. Ən yaxşı masaj hərəkətləri dairəvi hərəkətlərlə qulaqların dibindən başlayaraq boyun arxasına və üzüyuxarı hərəkət etdirməkdir.
Daraq