Qadin.NET / Ev şəraitində saç üçün maskalar (2)

Ev şəraitində saç üçün maskalar (2)

Ev şəraitində saç üçün maskalar (2)

Bu maska quru saçlar üçün əla seçimdir. Saçlarnızın parlaq, ipək kimi yumşaq olmasını istəyirsinizsə, saçlarınıza mütəmadi olaraq qulluq etməlisiniz. Daimi qulluq saçlarınızı qismən dəyişəcək. Maska saçınıza hoparaq onları qidalandıracaq, nəmləndirəcək və vitaminlərlə təmin edəcək.

Quru və zədələnmiş saçlar üçün maska

1 x/q gənəgərçək yağı

1 x/q zeytun yağı

1 ç/q şampun (quru saçlar üçün)

Bunlar bir qabda qarışdırılır və baş dərisinə çəkilir. Saçlarımızı əvvəlcə sellofanla üstündən isə dəsmalla örtürük. Bu maska 2 saat sonra isti su ilə yuyulur. Bununla belə bu maska üçün şampun lazım deyil.

Quru və kövrək saçlar üçün maska

1 st qaynamış su

300 qram dondurulmuş və ya təzə qaragilə meyvəsi

Blenderlə qaragilə meyvəsini xırdalayın və üzərinə qaynar suyu tökün. Qarışım soyuduqdan sonra saçlarınıza çəkə bilərsiniz. Maskanı sürtdükdən sonra saçınıza sellofan keçirib dəsmalla bükün. Maskanı 30 dəqiqədən sonra yuya bilərsiniz. 

 

Quru saçlar üçün gənəgərçək maskası

1 çay qaşığı gənəgərçək yağı

1ç/q sirkə

1 ədəd yumurta sarısı

1ç/q qliserin

Bir qabda diqqətlə qarışdırın, sonra saçınıza çəkin. Başınızı sellofanla və ya isti dəsmalla sarıyın və bir müddət saxlayın. Yumurta sarısı və ya şampundan istifadə edərək maskanı yuyun. Bu maskanı həftədə 1–2 dəfə tətbiq edə bilərsiniz. 

Ev şəraitində saç üçün maskalar (2)

Quru saçlar üçün avokado və mayonez maskası

Bu maska saçları nəmləndirir və qidalandırır.

4 xörək qaşığı mayonez

Bir avokadonun yarısı

2 yumurta sarısı

Bütün bunları bir qabda səliqə ilə qarışdırın və saçların kökündən uclarına kimi çəkin. Haçalanan saç uclarına daha çox diqqət edin. Hamam üçün nəzərdə tutulan papaq geyinin üzərindən dəsmalla bağlayın. 25 dəqiqə saxladıqdan sonra saçınızı yuyun.

Quru saçlar üçün badam yağı maskası

10–15 damcı badam yağı (şirin)

2 xörək qaşığı şampun

Tərkibindəkiləri saçın həcminə görə artırmaq və ya azaltmaq olar.

Qarışımı saç köklərindən başlayaraq ucunadək çəkin. Əgər saçınız çirklidirsə, qarışığı saçı yuduqdan sonra sürtün. 10 dəqiqə saxladıqdan sonra saçınızı yuyun. Badam yağını saç sampununuza əlavə edərək də istifadə edə bilərsiz. Yağlı saçları olanlar da istifadə edə bilər.

Ev şəraitində saç üçün maskalar (2)

Quru saçlar üçün mayonez maskası

1 xörək qaşığı mayonez

2-3 damcı efir yağı

15–20 dəqiqə saxladıqdan sonra saçınızı yuyun. Bu maska saçın təbii nəmliyini bərpa edir.

16 noyabr 2014
GO BACK