Qadin.NET / Ev şəraitində saç üçün maskalar

Ev şəraitində saç üçün maskalar

Ev şəraitində saç üçün maskalar

Bu maska quru saçlar üçün əla seçimdir. Saçlarnızın parlaq, ipək kimi yumşaq olmasını istəyirsinizsə, saçlarınıza mütəmadi olaraq qulluq etməlisiniz. Mütamadi qulluq saçlarınızı qismən dəyişəcək. Maska saçınıza hoparaq saçınızı qidalandıracaq və vitaminlərlə təmin edəcək.

Ev şəraitində saç üçün maskalar

Quru saçlar üçün zeytun yağı

Zeytun yağını ilıq olana qədər isidin, saçınızın dibinə masaj edərək çəkin. Sonra bütün saçınıza zeytun yağını bərabər istiqamətdə sürtün. Başınıza papaq geyinin və 1–2 saatdan sonra saçınızı yuyun. Zeytun yağını quru saçlar üçün nəzərdə tutulan bütün maskalarda istifadə eləmək olar. Zeytun yağı saçları qidalandırır, hamarlaşdırır və onların artımını sürətləndirir.

Quru saçlar üçün kefirli maska

Kefiri və ya qatığı 37 dərəcəyə qədər qızdırın, saçınıza sürtün. Daha sonra dairəvi hərəkətlə saçınızın kökünə çəkin. Saçınızı sellofanla və ya dəsmalla sarıyın. 30 dəqiqədən sonra saçınızı yaxşıca isti su ilə yuyun. Belə maskalar vasitəsilə quru və kövrək saçların strukturunu bərpa etmək, həm də yaxşı nəmləndirmək onlar.

Ev şəraitində saç üçün maskalar

Quru saçlar üçün çaytikanı yağı

1 xörək qaşığı və ya 2 xörək qaşığı bitki yağına, 1 çay qaşığı çaytikanı yağı qarışdırmaq lazımdır. Alınan qarışımı saçımızın köklərinə yedirdirik. Sonra başımıza  papaq qoyuruq. Bir saat sonra saçımızı şampunla yaxşıca yuyuruq. Maskanı həftədə iki dəfə tətbiq etmək lazımdır.

Ev şəraitində saç üçün maskalar

Bal və ayı pəncəsi yağı ilə olan quru saçlar üçün maska

1 xörək qaşığı ayı pəncəsi yağı, 1 xörək qaşığı aloe şirəsi, 1 çay qaşığı balı yaxşıca qarışdırırıq. Alınan qarışığı saç köklərinə çəkirik və bir saatdan sonra saçımızı yuyuruq.

Quru saçlar üçün yumurta maskası

1 yumurta, 1 çay qaşığı sirkə, 1 çay qaşığı qliserin, 2 xörək qaşığı gənəgərçək yağını yaxşıca qarışdırmaq lazımdır və saçların uzunluğu boyunca sürtmək və saçın köklərinə yedirtmək lazımdır. Bu maska saçda 30–40 dəqiqə qalmalıdır. Bu zaman başı isti dəsmalla örtmək lazımdır. Dəsmal soyuduqdan sonra onu dəyişib, qızdırmaq lazımdır. Həftədə 1-2 dəfə bu proseduru təkrar etmək lazımdır.

Quru və kövrək saçlar üçün maska

1 yumurta və 6 xörək qaşığı təbii yoqurtu qarışdırın, alınmış qarışığı başınıza çəkin sonra dəsmalla bağlayın. 10-15 dəqiqədən sonra maskanı yumaq lazımdır. Bu proseduru həftədə 1 dəfə təkrar etmək olar.

Ardı var...

5 noyabr 2014
GO BACK