Saçlarınızı yeni rənglədib istədiyiniz tonu tuta bilmədinizsə, 4-5 ay bu rənglə gəzmək yerinə saç boyasını axıdaraq rəngi dəyişdirə bilərsiniz. Bunun olduqca çox rast gəlinən bir vəziyyət olmasına baxmayaraq mütəxəssislər bu rəngdən xilas olmanız üçün tövsiyə edilən təkliflərin hər vaxt işə yaramadığını ifadə edirlər. Ancaq saç boyasını evdə axıtmaq üçün istifadə edə biləcəyiniz təbii üsullara heç olmasa, bir şans verə bilərsiniz. Digər bir variantınız isə saçlarınızı seçdiyiniz digər bir rənglə rəngləməkdir. Saçları çox zəiflədəcəyi üçün bunu çox tövsiyə etmirəm.
Saç boyasını axıtmaq üçün evdə və ya salonda istifadə ediləcək üsullar daha çox rənglədiyiniz rəng təbii saç rənginizdən daha tünddürsə işə yarayır. Əgər boya təbii saç rənginizdən daha açıqdırsa, təkrar rəngləmək məcburiyyətində qala bilərsiniz. Bundan əlavə rəngin üzərindən çox zaman keçməyibsə, rəngi axıtma və saçlarınızı təbii rənginə çevirmə şansınız daha yüksəkdir. Zaman keçdikcə rəng saça yaxşıca yapışar və çıxarılması çətinləşər. Saçlarınızı isti suyla yuyaraq işə başlaya bilərsiniz. Nizamlı olaraq istifadə edilən isti su rəngin axmasına köməkçi olacaq.
Kəpəyə qarşı xüsusi olaraq çıxarılan şampunlar rəngi axıtmaq üçün istifadə edilə bilər. Ancaq bu cür şampunların saçınıza və saç dərinizə verəcəyi ziyanı azaltmaq üçün duşa girməzdən əvvəl saç diblərini zeytun yağı ilə masaj edərək ən az 30 dəqiqə gözlədin.
Bazarda ağardıcı saç məhsulları var, ancaq bunlar rəng altındakı təbii saç rənginizi də açacağı üçün çox tövsiyə etmirəm.
Evdə edəcəyiniz əməliyyatlar saçınızı köhnəldib saç tellərinizi nazildə bilər. Bunu manə törətmək, heç olmasa ziyanı azaltmaq üçün duşdan əvvəl təbii yağlarla saç və saç dərinizə baxım edə bilərsiniz.
Bəzən rəngi axıtmaq üçün evdə istifadə etdiyiniz üsullardan istədiyiniz nəticələri əldə etməyə bilərsiniz. Bir mütəxəssislə məsləhətləşmək həm saçlarınızın köhnəlməsinə maneə törətmək, həm də təbii saç rənginizi geri qaytarmaq adına daha etibarlı bir üsul olacaq.