Əgər diqqət etsəniz, görərsiniz ki, az qala bütün kosmetik məhsulların içində paraben var. Ən keyfiyyətli markadan ən ucuzuna qədər bütün məhsulların tərkibi bu maddəylə zəngindir. Paraben bakteriya öldürücü bir maddə olaraq bilinsə də, insan bədənində ostrogen hormonunu təqlid edir və sinə xərçəngi riskini artırır. Yaxşı bir araşdırma edərək parabensiz bir məhsul istifadə etməyiniz saçlarınız və sağlamlığınız üçün olduqca xeyirli olardı.
Tez-tez istifadə etdiyimiz saç şampunlarının içində olmaması lazım olan maddədir. Silikon saçlarımızın tellərinə parlaq və həcmli bir görünüş təmin edir. Ancaq təəssüf ki, saça hava dəyməz və bu vəziyyətdə saçlarımız nəmini itirər. Bir müddət sonra saçın nəm tarazlığı pozular və bu da sizin saçınızda görmək istəmədiyiniz vəziyyətlər meydana gətirə bilər.
Qulağa nə qədər qəribə gəlsə də, istifadə etdiyimiz bir çox kosmetik məhsulun içində neft məhsulları var və bu maddələrə ağır metallar daxildir. Xərçəng riskini artıran bu maddə hər gün istifadə etdiyimiz şampunlar sayəsində dərimizə hopar və sağlamlığımızı təhlükəyə atar.
Sulfat təbii olmayanda qliserin mənasını verir. Normalda şampunlarda nəmləndirici kimi istifadə edilən qliserin bəzən təbii olmaya bilər. Bu vəziyyətdə saçlarımız zamanla yağlanar və kəpək problemləri ortaya çıxar.