Salam, əziz Qadın.Net-lilər, bu dəfəki xəbərimiz saçlar haqqında olacaq. İlk olaraq saçların sağlamlığından bəhs etmək istəyirəm. Saölam saç orqanizmin də sağlamlığından xəbər verir. Maddələr mübadiləsi problemsiz və gözəl bir şəkildə işləyən orqanizmdə saç da sağlam olar. Buna nail olmaq üçün isə ilk olaraq sağlam qidalanmaq lazımdır.
Yağlı saçlar hər bir xanımın baş bəlasıdır. Bununla mübarizə aparmaq üçün salonlara getmək vaxtınızı ala bilər. Hər bir qadın özünə qulluq etməyi bacarmalıdır. Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı əczəxanalarda satılır. Hərəsindən 2 qaşıq olmaqla hər ikisindən əlavə edib yaxşıca qarışdırılır. Saçınızı yumamışdan əvvəl bu qarışığı saçınızın dibinə çəkin. Başınızı sellofan və dəsmalla örtüb yarım saat gözləyin.
Gənəgərçək yağı tərkibindəki maddələrin sayəsində saçın hər telini görünməz bir təbəqə ilə örtür. Bu xüsusi təbəqə saçın özəyinə qidalı maddələr verərək saçdakı nəm balansını qoruyub saxlayır. Zədələnmiş saçları bərpa edir və nəticədə saçlar öz əvvəlki sağlamlığına qovuşur. Onu da qeyd edim ki, gənəgərçək yağı nəinki saça, eləcə də baş dərisinə də müsbət təsir edir. O, dəridəki epitellərə hopur və hüceyrələrdəki maddələr mübadiləsini yaxşılaşdırır. Baş dərisində olan bakteriyaları məhv edir. İltihabı da aradan qaldırır. Dəridəki elastikliyi bərpa edir və ya artırır və qan dövranını da gücləndirir. Saçın dibi, soğanaqları xeyirli maddələrdə qidalandığı üçün saçlar bərpa olunur, yatmış soğanaqlar ayılır, saç artımı, ən əsası isə sağlm şəkildə saç artımı prosesi başlayır. Bu isə o deməkdir ki, siz gənəgərçək yağından saçınızın həcmini artırmaq və saçlarınızı uzatmaq üçün də istifadə edə bilərsiniz.
Saçlarınızın daha da canlı və dolğun olmasını istəyirsinizsə, saçınızı qurudarkən fendən istifadə etməyin. Çünki fendəki suni hava saçınızı zədəliyir. Qoyun saçınız adi şəraitdə özü qurusun.
Saçları mütəmadi olaraq uc hissədən bir qədər kəsməkdə də fayda var. Xüsusilə də əgər saçınızın ucları zədələnibsə, onlardan qurtulmaq lazımdır.
Şampunlarınıza diqqət yetirin. Əgər saçınız qurudursa, yağlı saçlar üçün nəzərdə tutulmuş şampundan istifadə etməyin. Saç diblərinizi zədələyən maddələrdən qəti istifadə etməyin.
Sağlamlığımıza diqqət edək ki, saçlarımız da gözəl olsun.