Gündəlik həyata keçirdiyimiz bir sıra prosedurlar saçlarımıza zərər verir. Saçlarımıza forma verərkən, yuyarkən ya da qurulayarkən onlara zərər yetirə bilirik. Əgər gözəl saçlara sahib olmaq istəyiriksə, zərərli vərdişlərimizdən əl çəkməliyik. Gəlin nə edə biləcəklərimizə bir nəzər salaq.
Saç qurutmaq
Fenin yaratdığı süni istilik saçınıza zərər verir. Saç qurudan fendən istifadə etmək saçınızın qırılmasına, ölü saç dərilərinə və eyni zamanda saçın şişməyinə səbəb olur. Fenin işə yaramasına baxmayaraq saç diblərinə zərərlidir. Bundan qaçmağınızın ən yaxşı yolu saçlarınızı təbii yolla qurutmaqdır. Əgər səhər bunun üçün vaxtınız yoxdursa, əvvəlki gecə saçınızı yuyun və gecə saçlarınızın təbii yolla qurumasını gözləyin. Saç qurudan fendən təcili harasa getdiyiniz vaxtlarda istifadə edin.
Saçı arxaya daramaq
Saçları arxaya yəni tərs istiqamətə daramaq onlar üçün zərərlidir. Bu şəkildə daramaq saçınızın qırılmasına səbəb olmaqla yanaşı saçda düyünlərin də əmələ gəlməsinə səbəb olacaq. Əgər saçlarınızın həcmli olmağını istəyirsinizsə, həcm verən şampunlar ya da saç dibini gücləndirən spreylərdən istifadə edə bilərsiniz.
Saç rəngini açmaq
Saçlarınızın rəngini açmaq sadəcə saçlarınız üçün deyil, sizin sağlamlığınız üçün də ziyanlı ola bilər. Dərinizə hopan hər şey bədəninizə təsir edir. Rəng açaraq sarışın olmaqdansa, təbii olaraq sarışın olmaq daha üstün və faydalıdır. Risk edərək sağlamlığınıza zərər vurmayın.
Gündəlik yuma
Saçları hər gün yumaq düzgün deyil. Bu, saçınızın tez yağlanmasına və yağlı saç tipinə çevrilməsinə səbəb olacaq. Saç dərimizdə tez-tez gördüyümüz yağ yığıntıları şampun, saç kremi və saç şəkilləndiricilərinin bir nəticəsidir. Biraz quru şampun ya da körmə pudrası başınızdakı həddindən artıq yağı götürəcək, beləcə, saçlarınız əvvəlkinə nisbətən yağsız görünəcək. Bu məhsulları nə qədər az istifadə etsəniz, saçınız daha yaxşı olacaq.
Nəm saçları daramaq
Saçlarınız nəm halındaykən qırılmağa meyilli olurlar. Bu zaman saçı daramaq isə onların qırılmağına səbəb olacaqdır. Ona görə də yaxşı olar ki, saçı yumamışdan əvvəl darayasınız. Bu saçlarınızın lazımsız yerə qırılmasının qarşısını alacaq və saçınızın daha gözəl görünməsinə səbəb olacaq.
Saçdakı saçqranları təmizləmək
Saçda yaranan saçqıranları tez-tez kəsdirmək lazımdır. Saç uclarında yaranan saçqıranlar saç tellərinin ortadan ikiyə, bəzən isə üç yerə ayrılmağına və beləcə də saçın həm nazikləşməsinə, həm də tökülməsinə səbəb olar. Ona görə də saç uclarına daim nəzarət edin və saçqıran gördüyünüz təqdirdə onları kəsdirin ki, saçını daha da çox zərər görməsin.
Əgər bu deyilənləri tətbiq etsəniz, saçınızın qısa bir müddətdə əvvəlki təravətini və parlaqlığını geri qazandığını görəcəksiniz. Əgər sizin də, sağlarımızı sağlam və gümrah edəcək bir tövsiyyəniz vardırsa, o zaman mütləq bunu bizimlə şərhlərdə paylaşın.