40 yaşından sonra xanımlar saçlarına necə qulluq etməlidilər? Gənc yaşlarımızda hər birimizin saçları gözəl və parlaq olur. Amma yaşımız artdıqca saçlarımız parlaqlığını və gözəlliyini itirməyə başlayır.
Hər birimiz saçlarımızın gözəl, parlaq, canlı olmağını çox istəyirik. Amma illər öz sözünü deyir və əvvəlki parlaq, gözəl, canlı və möhkəm saçlardan heç bir əsər-əlamət qalmır. Artiq 40 yaşdan sonra xanımların saçları nazik və cansız olur. Quruyur və kəpəkli olur.
Mütəxəssislər bir məsləhət də verirlər: həftədə bir dəfə şampun əvəzinə xardal tozundan istifadə edin.
Şampunla tez-tez yuduqdan sonra baş dərisi çox həssas olur. Ona görə də xardal tozunu iliq su ilə qarışdırıb başa çəkməyi məsləhət görürlər. Şampundan sonra saç maskasından istifadə edin. Amma bu zaman çalışmaq lazımdır ki, maska saç dibinə çox dəyməsin. Çünki bu, saçların tökülməsinə səbəb ola bilər.
Bu, bizim bədənimizdəki melaninin azalmasından xəbər verir. Saçlarınızı boyamaq istəməsəniz, onda hər yumadan sonra saçınızı sadəcə lilə ilə yaxalayın. Saçınızda çox gözəl bir rəng alınacaq.
Müasir zəmanədə saçları boyamaq ele də çətin deyil. İndiki boyalar çox keyfiyyətlidir. Düzdür, keyfiyyətli boyanın qiyməti də ucuz olmur, amma almağa dəyər. Çünki keyfiyətli boya çəkəndən sonra başda ağ saç qalmır. Yaxşı boya həm də saçı qidalandırmaq gücünə də sahibdir.
Unutmayın ki, qadın gözəliyinin əsas göstəricilərindən biri də gözəl saçlardır! Hər bir xanıma gözəl və baxımlı olmağı arzu edirəm.