Qadin.NET / Saç maskaları

Saç maskaları

Saç maskaları
Saçınızın tez uzanması, parlaması və daha güclü olması üçün bir neçə maskadan faydalanmağınız bəs edər. Saçlara daim qulluq etmək, onun gözəl görünməsinin qeydinə qalmaq vacibdir.
Parlaq saçlar üçün
1 yumurtanın sarısı ilə 2 xörək qaşığı zeytun yağını qarışdırın. Saç diblərinə sürtüb masaj edin və 10 dəqiqə gözləyin. Şampunla yuyub durulayın. Saçlarınızın parlaq və sağlam bir görünüş qazandığını görəcəksiniz. Saçınızı çox isti suyla yumayın. İsti su saçlarınızın parlaqlığını itirməsinə səbəb olur.  
Saç maskaları
Sağlam, parlaq və möhkəm saçlar üçün
3 ç.q xörək duzunu qəhvə üyüdəndə üyüdün. Üyüdülmüş duzu çimdik-çimdik götürün və saçlarınızın dibinə sürtün (masaj edərək). Sonra isə ilıq gicitkən dəmləməsi ilə yaxalayın. Saçlar üçün lazım olan gicitkən dəmləməsi belədir: 3 x.q quru gicitkənin üzərinə 1 litr qaynar su əlavə edin və ağzı bağlı qabda 20 dəqiqə saxlayın. Sonra ikiqat tənzifdən süzün və istifadə edin. 
Saç maskaları
Nazik və quru, sözə baxmayan saçlar üçün
- Şüşə qabda  50 qram kefır, 1 ədəd yumurtanın sarısı və 1 çay qaşığı üyüdülmüş dəniz duzunu qarışdırın. Hazır məlhəmi təmiz və quru saçlarınızın dibinə sürtün. Sonra sellofanla başınızı bağlayın. Onun da üzərindən başınızı quru dəsmalla bağlayın. Maska başınızda  25-40 dəqiqə qalmalıdır. Sonra isə ilıq su və şampunla yuyun. Sonda isə itburnu dəmləməsi ilə yaxalayın.
- Bizə 50 qram (60 q da olar) təbii bal, 100 qram ya dəniz duzu, ya da adi xörək duzu (yumşaq, üyüdülmüş duz) lazım olacaq. Bunların hamısını təmiz, tünd rəngli şüşə qaba tökün və qarışdırın. Hazır kütləni təmiz və nəm saçların dibinə sürtün. Sonra sellofan ilə başınızı bağlayın. Onun da üzərındən başınızı quru dəsmalla bağlayın. Maska başınızda 30-40 dəqiqə qalmalıdır. Sonra ilıq su ilə yuyun və ardından da saçlarınızı şalfey dəmləməsi ilə yaxalayın (1 : 10).
25 avqust 2014
GO BACK