Qadin.NET / Saçlarınız üçün faydalı maskalar

Saçlarınız üçün faydalı maskalar

Saçlarınız üçün faydalı maskalar
Kefir maskaları
Kefir maskası ev səraitində ən əlverişli maska hesab olunur, çünki kefirin tərkibindəki elementlər sizin saçlarınıza çox gözəl təsir edir. Kefir vasitəsi ilə ev şəraitində quru saçlarınıza gözəl bir görünüş bəxş edə bilərsiniz. Kefir saçlarınızı qırılmağa və tökülməyə qoymur. Əgər saçlarınıza metəmadi olaraq kefir vursanız, o zaman saçınız  ipək kimi parlaq və kəpəksiz olacaqdır.
Tökülən saçlar üçün
Quru maya
Efir yağı
Xardal tozu
Bal
Yumurta sarısı
Turp yağı
Konyak
Soğan şirəsi
Gicitkən dəmləməsi
Bunların hər birindən 1 xörək qaşığı götürərək qatın və saçınıza çəkin. Əgər qarışım quru olsa, o zaman gicitkən dəmləməsindən bir qədər əlavə edə bilərsiniz.
 

 

Saçlarınız üçün faydalı maskalar

 

Yağlı saçlar üçün
1 x.q xardal tozu
150 ml kefır
1 ədəd yumurta sarısı
1 ç.q badam yağı
1 ç.q. bal
1 ç.q limon şirəsi
Bır neçə damla efır yağı
Bunların hamısını yaxşıca qarışdırın və saçlarınıza çəkin. Sonra başınızı sellofan ilə üzərindən də quru dəsmalla bağlayın. Maskanı başınızda 30 dəqiqə saxlayın. Sonra iliq su və şampunla yuyun.
Saçlarınızı uzatmaq üçün 3 asan maska
Bir baş soğanın şirəsi
1 stş kefir
1 yumurta sarısı
1 ç.q. turp yağı
Qarışdırın və saçlarınıza çəkin. Sonra başınızı sellofan ilə üzərindən də quru dəsmalla bağlayın. Maskanı başınızda 50-60  dəqiqə saxlayın. Sonra iliq su və şampunla yuyun. Onu da deyim ki, maskadan sonra saçınızdan soğan iyi gəlməyəcək. Çünki kefır soğanın iyini yox edir.
Saçlarınız üçün faydalı maskalar
 Yarım st. kefır
1 ç.q gənəgərçək yağı  
1 yumurtanın sarısı
Bunların hamısını yaxşıca qarışdırın və saçlarınıza çəkın. Sonra başınızı sellofan ilə üzərindən də quru dəsmalla bağlayın. Maskanı başınızda 1 saat saxlayın. Sonra iliq su və şampunla yuyun.
Saçlarınız üçün faydalı maskalar
Gicitkənin kökünü qaynadın. Sonra kefırı soyumuş, süzülmüş gicitkən suyuna əlavə edin (gicitkən suyu ilə kefiri eyni miqdarda götürün-100 q). Yaxşıca qarışdırın və saçlarınıza çəkın. Sonra başınızı sellofan ilə üzərindən də quru dəsmalla bağlayın. Maskanı başınızda 1 saat saxlayın. Sonra ilıq su və şampunla yuyun. Bu maska saçlarınızın dibindən həm kəpəyı yox edəcək, həm də onları sürətli bir şəkildə uzadacaqdır. Bu maskanı həftədə bir dəfə tətbiq etsəniz, təsirini tez bir zamanda görəcəksiniz.
18 avqust 2014
GO BACK