Qadin.NET / Saçlarınıza zərər verməyin

Saçlarınıza zərər verməyin

Saçlarınıza zərər verməyin
Qadının gözəlliyinin sirri onun saçlarından başlayır. Saça qulluq qadınlar üçün çox əhəmiyyətlidir. Hər bir xanım özünəməxsus bir tərzdə gözəldir, xüsusən də uzun saçlı xanımlar. Ona görə də biz qadınlar gözəlliyimizi qorumaq üçün əlimizdən gələni edirik ki, saçlarımız gözəl olsun. Elə xanımlar var ki, son qəpiklərini belə saçlarının gözəlliyi üçün xərcləyir, sifarişlə bahalı şampunlar, balzamlar, maskalar alırlar. Bədənimiz kimi saçlarımızın da vitaminlərə eytiyacı var.
Saçlarınıza zərər verməyin
Vitamin çatişmazlığı saçlarımızda da özünü büruzə verir. Saçlar zəifləyir, cansızlaşır, parlaqlığını itirir, ucları haçalanıb qırılır və tökülməyə başlayır.
Saçlarınızı tez-tez yumayın. Düzdür, gözəl saçların gözəl görünüşü onların təmizliyindədir, amma tez-tez yumaq da məsləhət deyil. Şampun və ya hansısa kosmetik vasitələr alanda onun üst yazısını mütləq oxuyun ki, saçınıza uyğun olanını ala biləsiniz. Yəni bütün saçlar üçün olan şampunlardan almayın. Belə şampunların tərkibi çox keyfiyyətsiz olur. Belə növ şampunlar saçlarınıza mənfi təsir edə bilər.
Saçları tez-tez yuyanda şampun onların çirk və yağlılığını yuyub apardığı kimi təbii qoruyuculuğunu da yuyub aparır. Saçlarınızı üç gündən bir yuyun.
Saçlarınıza zərər verməyin
Saçlarınızı çox isti su ilə yumayın. Tam yuyub qurtarandan sonra kontrast su ilə yaxalayın, yəni isti və soyuq su ilə yaxalayın. Suyun istilik dərəcəsi  37-40 dərəcə olmalıdır. Saçlarınızı yuyandan sonra dəsmalla ehtiyatla qurulayın. Saçınızı dəsmalın altında çox irəli-geri sürtməyin. Bu zaman onlar tökülə bilər, çünki yuyulandan sonra kökləri çox həssaslaşır. Dəsmal ilə tam quruladıqdan sonra fenə keçməyin. Qoyun özü adi hava ilə qurusun. Yox, əgər gedəcək  yeriniz varsa, onda feni lap uzaqdan tutun ki, saçınıza zərər verməsin. İstilik dərəcəsini də lap aşağı dərəcəyə qoyun ki, isti hava nəm saçlara çox ziyan verməsin. Ümumiyyətlə isə saçı soyuq hava ilə qurulasanız, daha yaxşı olar.
Saçlarınızın sağlam olması üçün sağlam həyat tərzi keçirin. Təmiz  hava, normal yuxu və stresə yox deyin. Bütün bunların hamısını yerinə yetirsəniz, sizin saçlarınıza bu yazılanlar müsbət təsir edəcək. Çalışın ki, vaxtlı-vaxtında vitaminlər qəbul edəsiniz.

 

11 iyul 2014
GO BACK