Qadin.NET / Təbii saç maskaları

Təbii saç maskaları

Saçlarınızın cansızlığından şikayət edirsiniz? Gözəllik salonlarında saç baxımı etdirmək üçün zamanınız və büdcəniz kafi deyil? Amma saçlarımız üçün bu cür baxımları evdə də etmək mümkündür. Necə? Budur onlardan bəziləri...

Saç baxım maskaları, saç tellərini təmir edər və saçların dərisinə baxımı təmin edər. Təsirli baxım üçün maskanı həftədə bir dəfə tətbiq etmək lazımdır.

Hazırladığınız maskanı təmiz saça tətbiq edin. Maskanın saça daha yaxşı və sürətli nüfuz etməsi üçün saçınızı isti bir dəsmal ilə sarıyın. Maskada təklif edilən müddət qədər gözlədikdən sonra bol suyla durulayın. Durulamanın sonunda saçlarınızın diblərindən uclarına kimi soyuq su tökün.

Zeytunyağı maskası:
Vəsaitlər:
5 xörək qaşığı zeytunyağı
2 yumurta

Hazırlanması:
Zeytunyağı və yumurtaları qarışdırıb saçınıza yaxşıca sürtün. Daha sonra saçlarınızı örtün. 15 dəqiqə gözlətdikdən sonra yaxşıca durulayın.

Ballı və zeytunyağlı maska:
Vəsaitlər:
3 xörək qaşığı zeytunyağı
2 xörək qaşığı bal

Hazırlanması:
Zeytunyağı və balı qarışdırıb saçınıza yaxşıca sürtün. Daha sonra saçlarınızı örtün. 15 dəqiqə gözlətdikdən sonra şampuanlayıp yaxşıca durulayın.
 
Kökündən təmizlik və parlaq görünüş üçün maska:
Vəsaitlər:
1 fincan təzə sıxılmış limon suyu və ya sirkə

Hazırlanması:
Saçlarınızı şampunladıqdan sonra bir fincan limon suyu ya da sirkəni saçlarınıza töküb, masaj edərək yaxşıca yedirin. Ardından saçlarınızı durulayın. Saç kremi sürtün və yuyun. Bu, saçlarınızdakı bütün çirki götürər və saçlarınıza parlaqlıq verər. Bu üsulu 2 həftədən tez təkrarlamayın.

Kəpəkli,tökülən,incələn və qırılan saçlar üçün maska:
Vəsaitlər:
Güldəfnə toxumu

Hazırlanması:
Güldəfnə toxumlarını əzin və gecədən suya qoyun. Əldə etdiyiniz məcunu saç dərisinə masaj edərək sürtün və 15-20 dəqiqə gözləyin. Yumşaq bir şampunla yuyun. Bu məcun kəpək, tökülən, nazilən, qırılan saçlar üçün və keçəllik kimi problemlərə yaxşı təsir göstərir.


P.S. Güldəfnə toxumunu apteklərdən və ədviyyat satılan mağazalardan  əldə etmək olar.

4 fevral 2011
GO BACK