Günəşdəki ultrabənövşəyi şüalar saç boyasındakı piqmentlərə təsir edir və rənglərinin zamanla solmasına səbəb olur. Buna görə də tünd rəng saçlar günəşin təsiriylə qızıllaşarkən, sarı rəng saçlar yaxşıca açılırlar.
Saçların rəngini rəngləndiyi ilk gün kimi qoruyub saxlamaq üçün ilk olaraq keyfiyyətli bir boyadan istifadə etmək lazımdır. Təbii ki, saç ustasının da çox böyük rolu var. Saçlar çox diqqətli bir şəkildə hissə-hissə açılmalıdır.
Əgər saçlarınız atəş qırmızısı, fındıq qabığı, mavi, qara, ya da bənövşəyi kimi iddialı bir rəngdədirsə, 10 gündən bir şampun rəng istifadə edərək rəngini qoruya bilərsiniz. Beləcə, salon seansları arasında da saç rənginiz tam istədiyiniz tonda qala bilər.
Sarışınlar üçün ən böyük problemlərdən biri hovuza getdikdən sonra saçlarının yaşıllaşmasıdır. Bunun üçün saçları xlordan qoruyan məhsullardan istifadə edə bilərsiniz.
Əgər saçlarınız çox qurudursa, sadəcə saç kremi kifayət deyil, saçlarınızı nəmləndirmək üçün şəxsi nəmləndirici saç maskalarından faydalanın.
Saçlarınızı yaxşıca durulamaq çox vacibdir. Çalışın ki, saçınızda heç bir şampun, ya da krem qalmasın.
Saçlarınızı hər gün yaxşı bir fırçayla darayaraq təbii bir şəkildə parlamasını əldə edə bilərsiniz.
Əgər çox nazik saçlara sahibsinizsə, günəşdən qoruyan və yağ şəkildə olan məhsullardan istifadə edə bilərsiniz.
Elektriklənən və quruyan saçlarınızın öhdəsindən gəlmək üçün saça çəkilən və durulanmayan baxım kremləri olduqca təsirlidir.