Bu gün sizi balaca oğul balalarımızın saç düzümü ilə tanış etmək istəyirəm. Artıq uşaqlar da özləri üçün saç düzümləri seçirlər. Və qeyri-adi saç düzümlərini bəyənirlər. Onu da deyim ki, bu saç düzümləri onlara yaraşır. Şirinliklərinə bir az da şirinlik qatır. Buyurun əziz analar, yay mövsümü üçün saç düzümləri nümunələrinə diqqət yetirin və bəyəndiyinizi seçin. Hətta siz yox, çağırın qoy balacalar özləri saç düzümlərini seçib bəyənsinlər. İnanıram ki, onlar artıq nə istədiklərini bilirlər.
Elə bil balaca bəydir.
Şəkildən də göründüyü kimi kiçik balamız yeni il şənliyindədir. Yəni şənlikər və ziyafətlər üçün edilən saç düzümüdür.
Gözəl seçimdir.
Qulağın üstündən edilən qeyri-adi naxış maraqlı görünür.
Dəblə ayaqlaşan daha bir gənc oğlan.
Bu balaca kişinin də başının sol tərəfində edilən naxış gözəl görünür.
Çox gözəldir. Allah saxlasın.
Bir-birindən gözəl uşaqlar və saç düzümləri.
Bunun saçına bax, yanaqlarına bax, dodaqlarına bax. Deyəsən, saç düzümündən razı qalmayıb.
Çox gözəldirlər.
Qulağın üstündə edilən hörmüçək toruna bənzər naxış bir qədər maraqlı görünür.
Bəs bu əkiz qardaşların saç düzümlərini necə, bəyəndinizmi?
Bəh-bəh naxışa bax. Çox bəyəndim.