Qadin.NET / Saçlarımız üçün şampun hazırlayaq

Saçlarımız üçün şampun hazırlayaq

Saçlarınızı kimyəvi maddələrlə dolu şampunların əvəzinə evdə özünüzün hazırladığınız təbii tərkibli şampunlarla yuya bilərsiniz. Buradakı şampun resepləri Hande Polada məxsusdur. Hər rəngli saçlar üçün fərqli şampun resepləri ilə tanış ola bilərsiniz. 

Tünd rəngli saçlar üçün 

Saçlarımız üçün şampun hazırlayaq

125 ml. su

1 ç.q qərənfil

1 ç.q dərman rozmarini

1 ç.q lavanda

Qərənfil saçın rəngini qoruyur və ona parlaqlıq bəxş edir. Bunları qatıb qaynadırıq. Qaynadıqdan sonra odun üzərindən götürün və yarım saat ərzində ağzı bağlı halda saxlayın. Sonra süzün və üzərinə iysiz natural şampunlardan çox az miqdarda əlavə edin ki, saçınıza vuranda köpüklənsin. Amma daha yaxşı olar ki, sizin saçınıza düşən və işlətdiyiniz şampunun içinə bu qarışımı əlavə edib işlədəsiniz. Ola bilsin ki, bunu şampuna qatmağa tənbəllik edənlər olar. Bu zaman bu qarışımı süzdükdən sonra içinə 1 yemək qaşığı təmiz sirkə suyu əlavə edirik. Saçlarınızı yumamışdan əvvəl bu qarışımı saçlarınıza vurun və yarım saat saxlayın. Sirkənin iyindən narahat olmayanlar saçını yuyandan sonra da bununla saçlarını yaxalaya bilər. Yəni saçını yumazdan əvvəl deyil, yuyandan sonra edə bilərlər.

Sarı saçlar üçün 

125 ml. su

1 ç.q dərman gülümbaharı

1 ç.q çobanyastığı

1 ç.q rəndələnmiş limon qabığı 

Bunu da eyni qaydada hazırlayıb istifadə edə bilərsiniz. Eynilə bu qarışımı da şampununuza əlavə edin və ya əgər buna tənbəllik edirsinizsə, yuxarıda yazıldığı kimi tonik halında da yumazdan əvvəl və ya sonra işlədə bilərsiniz. 

Qızılı saçlar üçün 

Saçlarımız üçün şampun hazırlayaq

125 ml. su

1 ç.q dərman gülümbaharı

1 ədəd darçın

1 ç.q hibiskus 

Bu şampun nəinki təbii rəngli saçlar, hətta rənglənmiş saçlar üçün də faydalıdır. Rənglənmiş saçlarda rəngin qorunub saxlanmasına da təsir edir. Bu qarışımı da digərləri kimi şampuna əlavə edə və ya tonik kimi sacı yumazdan əvvəl və ya sonra istifadə edə bilrəsiniz. Bu qarışımlar saçlarına rəng qoymuş xanımlar üçün də faydalıdır. Bunların sayəsində onların saçlarındakı rəng öz təbiiliyini qoruyub saxlayacaq və gec gedəcək.

3 iyun 2014
GO BACK