Qadin.NET / Gözəl saçlara sahib olaq

Gözəl saçlara sahib olaq

Gözəl saçlara sahib olmaq üçün bəzi qaydalara əməl etmək kifayətdir.

İlk olaraq saçlarınızı daramaq üçün taxta və ya şotka daraqdan istifadə edin. Bu zaman saçlarınız daha az zədələnər.

 Çalışın saçlarınızı üç gündən tez yumayın.
Gözəl saçlara sahib olaq
Çalışın duşa girməzdən əvvəl saçlarınıza küncüt yağı və zeytun yağı çəkin. Bunu ən azı 2 həftə edin. Xüsusən saç uclarına küncüt yağı çəkin və ən azı 2 saat gözləyin.
Gözəl saçlara sahib olaq
Gözəl saçlar üçün şampunu düzgün seçmək çox əhəmiyyətlidir. Çalışın saç tipinizə uyğun şampun seçin.
Gözəl saçlara sahib olaq
Şampundan sonra saç maskasından istifadə edin. Amma bu zaman çalışmaq lazımdır ki, maska saç dibinə çox dəyməsin. Çünki bu, saçların tökülməsinə səbəb ola bilər.
Gözəl saçlara sahib olaq
Saçınızı sonuncu dəfə duruladıqdan sonra sirkəli su ilə yaxalayın. Bu zaman saçlarınız daha parlaq görünəcək.
Gözəl saçlara sahib olaq
Yatarkən saçlarınızı yığmayın. Əgər yığmalı olsanız, əsla rezindən istifadə etməyin. Mümkündürsə, parça və ya pambıq materialdan hazırlanmış yumşaq saç aksesuarı ilə yığın.
Gözəl saçlara sahib olaq
Unutmayın ki, qadın gözəliyinin əsas göstəricilərindən biri də saçlardır.
6 may 2014
GO BACK