Saçların parlaq görünməsini istəyən məşhurlar arasında saç detoksu etdirmək dəbdədir. Bu üsul saç dərisini yağ, çirk və toksinlərdən təmizləyir, köhnələn saçların bərpa edir və saç tökülməsinin qarşısını alır.
Üzümüzdə olduğu kimi eynilə saç dərisi də zaman içində yağ, tər, çirk və ölü dərilərlə dola bilir. Bu vəziyyətdə saç dərisi elastikliyini itirir və erkən yaşlanma əlamətləri ortaya çıxir. Saç dərisinin sağlamlığı saçın keyfiyyəti və canlılığında əsas rol oynayır. Saçların detoksu saç dərisinin təmizlənməsini təmin edir, saçların keyfiyyətini yaxşılaşdırmaq və saç itkisini azaltmaq məqsədilə istifadə edilir.
Xüsusilə həssas, yağlı, kəpəkli və qaşıntılı dərilərdə və cansız saçlarda bu üsul çox təsirlidir. İstifadə edilən məhsullar saç dərisində kəpək və həssaslığa səbəb olan bakteriya və göbələk meydana gəlməsini qarşısını alır. Holliwud ulduzu Kate Winsletin də istifadə etdiyi bu üsul sönük və cansız saçları canlandırır. Saçların detoksunun faydası kliniki təcrübələrlə də sübuta yetirilib. 20 dəqiqəlik müalicə seansları xüsusi bir masajın müşayiəti ilə edilir.
Bu proses saç tökülməsi, saç dərisində həddindən artıq yağlanma və qaşıntı, kəpəklənmə, saçqıran, cansızlıq kimi hallarda bu problemlərin həllinə çox böyük köməkçi olur.
Təbii saç detoksu ilə saçlarınız həyata dönəcək. Gözəl və sağlam saçlara sahib olmaq hər kəsin xəyalı və haqqıdır. Biz də sağlam saçlara sahib ola bilməyiniz üçün təbii saç detoksunun necə edildiyini izah etməyə çalışacağıq. Bilin ki, mütəmadi olaraq kosmetik məhsullardan istifadə etmək saç və dəri sağlamlığınız üçün təhlükəlidir. Bunun üçün təbii məhsullardan istifadə etmək şərtdir. Bir neçə istifadədən sonra "Niyə hələ düzəlmir" desəniz, bu işdə başından uduzmuş olarsınız. Ona görə də təbii məhsullardan mütəmadi istifadə edin. Saçları kosmetik məhsulların kimyəvi təsirlərindən qorumaq mümkündür. Bunun ən yaxşı yolu detoks şampunu və təbii saç detoks maskaları istifadə etməkdir.
Dərhal nümunələri verməyə başlayaq.
1. Limon və xiyar tərkibli təbii şampun
Lazım olan ərzaqlar: Qabıqları soyulmuş 1 ədəd limon, soyulmuş 1 ədəd xiyar, zeytun yağı.
Hazırlanması və istifadəsi: Bir qaba soyulmuş limon və qabıqlarından təmizlənmiş xiyarları doğramaq və blenderdən keçirərək maska ​​hazırlamaq lazımdır. Onu saç dərinizə və saçlarınıza masaj edərək yedirin və ardından durulayın.
2. Nəmləndiricili təbii şaç şampunu
Təbii yağ və südlərdən hazırlanan bu təbii şampunu elə ilk istifadədən sonra təsirini görcəksiniz.
Lazım olan ərzaqlar: 1/4 su stəkanı hindistan qozu südü, 1/4 fincan bal, 2 yemək qaşığı badam yağı, 1 yemək qaşığı E vitamini, ətri üçün 5 ml portağal və ya lavanda yağı.
Hazırlanması və istifadəsi: Əvvəlki nümunədə olduğu kimi bütün məhsulları bir qarışdırıcı köməyiylə çırpıb maska qatılığına gətiririk. İstəsəniz, ətri üçün lavanda yağından faydalana bilərsiniz. Hazırlanan maskanı saçlarınıza masaj edərək yedirin, ardından durulayın.