Qadin.NET / Yaşlı göstərən 6 yanlış saç forması

Yaşlı göstərən 6 yanlış saç forması

Güzgüyə baxanda özünüzü olduğunuzdan daha yaşlı görürsünüzsə, demək, mütləq gözdən qaçırdığınız bir səhv var. Saç rənginiz, saç formanız və ya bilmədən etdiyiniz digər səhvlər yaşıdlarınızdan daha yaşlı görünməyinizə yol açar. Yaşınızı artıran və üz ifadənizi solğunlaşdıran saçlarınızdakı yanlışları sizin üçün hazırladıq. Yazdığımız məqaləni diqqətlə oxuyaraq bu problemdən qurtula bilərsiniz. Buyurun, sizi yaşlı göstərən yanlış saç forması ilə tanış olun. 

Yaşlı göstərən 6 yanlış saç forması

1. Eyni boy kəsim səhvi: 

Saçınızın hər tərəfinin bərabər uzunluqda olması yaşlı görünməyinizə səbəb olar. Yüngül mərtəbəli saçlar daha azad və gənc bir görünüş yaradar. Üst-üstə qatlar uyğun bir seçim ola bilər.
Yaşlı göstərən 6 yanlış saç forması

2. Saç məhsullarından həddindən artıq istifadə

Saçı formaya salan məhsulların həddindən artıq istifadəsi cansızlaşmaya və yaşlı görünüşə səbəb olar. Az miqdarda jele, köpük və ya saç lakı gözəl ola bilər. Ancaq bu məhsullardan çox istifadə olunduğu zaman solğun bir görünüş verər.
Yaşlı göstərən 6 yanlış saç forması

3. Sapsarı saçlar yaşlı göstərir

Yaşlandıqca dərinizdəki piqmentlər fəaliyyətini itirər və dəriniz solar. Sapsarı saçlar isə daha da yaşlı görünməyinizə səbəb olar. Canlı görünən tünd tonları seçməlisiniz.
Yaşlı göstərən 6 yanlış saç forması

4. Qırıq saç ucları

Saçlarınızın baxımsız və uclarının qırıq olması parlaqlığını itirir. İşıldamayan saçlar yaşlı görünməyinizə səbəb olar. Tez-tez uclarını kəsdirməyə, qidalandırıcı kremlər və maskalardan istifadə etməyə diqqət edin.
Yaşlı göstərən 6 yanlış saç forması

5. Çox tünd saçlara yox deyin! 

Saçlarınız çox tünd olduqda üzünüzdəki şişkinliklər, xətlər, qırışlar və gözaltı torbalar daha asan gözə çarpar. 30 yaşını keçən qadınların tünd saçlarının bir az açılması təklif edilir.
Yaşlı göstərən 6 yanlış saç forması
6. Ütülənmiş kimi görünən saçlar
Belə saçlar sizi daha yaşlı göstərər. Saçlarınızı düzləşdirmək fikrinə düşmüsünüzsə, onları kiçik buruqlarla canlandırın. Baxımlı və gözəl görünmək istəyirsinizsə, köhnə model saçlardan uzaq durun. Yox, əgər saçlarınızın düzlüyü təbiidirsə, o zaman fenlə buraraq daha həcmli görünüş verə bilərsiniz. 
19 mart 2016
GO BACK