Bir çox qadın saç baxımına nə qədər diqqət göstərsə də, əksər vaxtlar kəpək problemi ilə qarşılaşırlar. Əsasən də tünd geyimlər geyildiyi zamanlar saçlarınızdan tökülən kəpəklər, sizi olduqca pis vəziyyətə qoya bilər. Kəpəkdən qurtulmaq üçün bəzı çıxış yollarını Qadin.net saytında sizlər üçün təqdim edirik:
Saçlarınızın təmizliyi kəpəklənmə problemini aradan qaldırmaq ücün ediləcək ilk və ən effektli üsuldur.. Bu səbəblə saçlarınızı davamlı olaraq, saç tipinizə uyğun bir kəpək yox eden şampunula yuyun.
Gün işığı saç dərinizə daxil olmaqla orqanizmin ehtiyacı olan vitaminlərin qazanması üçün mühüm rol oynayır. Bu səbəblə günəş işığında çox vaxt keçirməklə saç dərinizin gün işiğından faydalanmasına və bununla da kəpək probleminizi effektli yox etməyə nail ola bilərsiniz.
Bir çox qadınlar saçlarını şəkilləndirmək üçün jele, saç spreyi, mus kimi vasitələrdən istifadə edir. Bunlar saçları şəkilləndirsə də, eyni zamanda kəpək probləminə də yol açır. Bu səbəbdən, bir müddət saçların kəpəklənməsinə səbəb olan bu vasitələrdən uzaq durmanız məsləhətdir.
Evinizdə hazırlaya biləcəyiniz bəzi saç baxım vasitələri kəpəklənməni yox etməkdə sizə faydalı olacaq:
Bir kasanın içinə bir miqdar badam yağı, bir limonun suyu, bir yumurta, 2 xörək qaşığı qatıq töküb qarışdırın və bu qarışığı saç diblərinizə masajla yedizdirin. Yarım saat gözlədikdən sonra yaxçıca yaxalayıb ardından kəpək qarşısını alan şampunla yuyun.
3 su stəkanı qaynanmış suyun icinə 5 paket gicitkən otundan olan çay paketini qoyun və dəmləyin. Gicitkan otlu su ilıq olduğu zaman saçlarınızı kəpəyin qarşısını alan şampunla yuyub, bu su ilə yaxalayın.
2 su stəkanı suyun icinə 2 xörək qaşığı alma sirkəsi tökün və qarışdırıb bu qarışıq ilə saç diblərini masaj edin və saç məhrəbası ilə saçlarınızı bağlayıb yarım saat gözləyin. Sirkəli su saçlardakı kəpəyi yox etmək üçün çox faydalıdır.
Bir qabin içinə bir qədər bənövşə yağı tökün və içinə bir yumurtanı qırıb yaxşıca qarişdırın.
Bu saç maskasını saçınızın diblərinə barmaq uclarınzla yaxşıca masaj edin və 15 dəqiqə gözləyib yuyun. Bu saç maskasını həftəfə 2 gün etsəniz, bir həftədə kəpək probleminizin yox olduğunu görəbilərsiniz.