Qadin.NET / Saç tökülməsinin qarşısını alan qidalar

Saç tökülməsinin qarşısını alan qidalar

Saç tökülməsinin qarşısını alan qidalar

Saç tökülməsinin bir çox səbəbi ola bilər. Genetik problemlər, stress, bəzi mineralların çatışmazlığı, istifadə etdiyiniz dərmanlar, ya da qidalanma tərziniz şəkliniz bu səbəblərdən bəziləridir. Həkim tərəfindən təsdiqlənmiş bir saç tökülməsi probleminiz varsa, həkimin tövsiyələrinə uyğun gələrək, onun təklif etdiyi müalicə üsullarından istifadə etməlisiniz. Qeydiyyatdan keçmiş və ya öz təsdiqini tapmayan hər cür saç tökülməsi problemini həll etmək üçün isə yediklərinizə diqqət etməyə başlaya bilərsiniz. Saç tökülməsinə maneə törədən yeməklər arasında bunlar var:

Saç tökülməsinin qarşısını alan qidalar

Zülal

Saçlarımız zülaldan meydana gəlir. Buna görə zülal ağırlıqlı pəhriz saç tökülməsinə mane olar. Amma yediyiniz zülalların çox yağlı olmamasına diqqət yetirməlisiniz. Yağlı yeməklər daha çox saç tökülməsinə səbəb ola bilər. Balıq saç tökülməsinə maneə törədən zülallar arasında ilk yerlərdə gəlir. Bundan başqa bir çox faydası da var. Toyuq, az yağlı pendir, yumurta, soya, badam, paxla və qatıq işə yarayacaq digər zülallardır.

Saç tökülməsinin qarşısını alan qidalar

Kişmiş

Hemoqlobin - qanın oksigen baxımından zəngin olan hissəsidir. Dəmir mineralı hemoqlobinin bədəndə "yayılıb dağılmasına" "cavabdehdir". Dəmir azlığı zamanı baş dərisinə kifayət qədər oksigen getmir. Bu da saç tökülməsinə səbəb olur. Buna görə də dəmir baxımından zəngin yeməklər yemək əhəmiyyətlidir. Dəmirin ən çox olduğu yeməklər isə quru üzüm kimi quru meyvələrdir. Bundan başqa, albalı suyu da dəmir baxımından çox zəngindir. C vitamini bədəndəki dəmirin sorulmasını artırır. Portağal kimi sitrus bitkiləri, çiyələk, limon və bənzər meyvələr C vitamini ilə zəngindir; mütləq yeməyiniz lazım olan qidalardır.

Saç tökülməsinin qarşısını alan qidalar

Soya 

Soya, xiyar və kartof kimi tərəvəzlərin qabıqlarında silisium adlı bir duz vardır. Bu duz vitamin və mineralların bədəndə sorulmasını təmin edir. Yəni bu maddə bədəninizdə kifayət qədər yoxdursa, aldığınız vitamin və minerallar da çox işə yaramaz. Buna görə bolluca soya yemək lazımdır; xiyar və kartof kimi tərəvəzləri qabıqlarıyla yemək saç tökülməsinə maneə yarada bilər.

7 mart 2014
GO BACK