Yumşaq qatlar - əgər Gisele Bündchen kimi uzun və yüngül qatları olan saçlarınız varsa, məşhur modelin tərzini izləyə bilərsiniz. Bündchenin tərzini tutmaq üçün saçlarınızı qurudarkən iri fırçadan istifadə edin.
Küt kəsim - siz də Taylor Swift kimi düz kəsimli saçlarınıza göz oxşayan bir görünüş vermək istəyirsinizsə küt saç kəsimini seçə bilərsiniz.
Formalı dalğalar - Beyonce uzun saçları ilə ilham verməyə davam edir. Uzun saçlarınızı yan tərəfdən ayırıb iri bir maşayla şəkil verdiyiniz zaman hazır olacaqsınız.
Qarışıq və qısa saçlarıyla oynamağı çox sevən Rihanna qısa kəsilmiş qarışıq saçlarıyla da ilham verənlərdən biridir. Uzun saçlarla müqayisədə daha asan istifadə edilən saçlarla baş edə bilmək üçün spreyə ehtiyacınız olacaq.
Dağınıq saçlar - bu stildə olan saç modeli istəyirsinizsə, Jennifer Anistondan ilham ala bilərsiniz.
Ortadan ayrılmış düz saçlar - Nina Dobrevin uzun və parlaq saçları çox gözəldir, deyilmi? Belə qüsursuz görünən saçlar üçün saç düzləşdiricisinə və saç spreyinə ehtiyacınız ola bilər.
İki rəng - Sarah Jessica Parkerın seçdiyi kimi uca doğru açılan saçlar hər zaman yaxşı bir seçim olacaq. Üstəlik, saçlardakı rənglər cazibədar görünür...
Bob kəsim - kəskin xəttlərə sahib bob kəsimli saçlar Hollywood məşhurlarının favoritidir. Onu ən yaxşı daşıyanlardan biri isə Keira Knightleydir.
Sahil dalğaları - Kate Hudsonın son dərəcə təbii görünən dalğalarını bəyənməmək mümkün deyil! Olduqca gözəl sahil dalğalarını tətbiqi isə çox asandır. Saçlarınızı yuduqdan sonra qurudarkən köpükdən istifadə edə bilərsiniz.