Qadin.NET / Yağlı və quru saçlara qulluq

Yağlı və quru saçlara qulluq

 Quru saçlar

Saçların quru olmasının müxtəlif səbəbləri ola bilər, məsələn: xəstəliklər, vitamin azlığı, pis qulluq.

Quru saçlar parıltısız, kövrək olub tez qırılır və çox vaxt ucları haçalanır. Belə saçlara qulluq iki istiqamətdə aparılmalıdır. Əvvəla, saçların qurumasına gətirib çıxaran bütün prosedur və maddələrdən, məsələn: saçların rənglənməsindən, saçların sarışın rəngə çevrilməsindən, saçların burulmasından, gün altında uzun müddət başı açıq dayanmaqdan və s.-dən çəkinmək lazımdır. İkincisi, quru saçlar müntəzəm olaraq qidalandırmalıdırlar.

Ayda bir dəfə başı yumamışdan əvvəl ona zeytun yağı, ya da soya yağından kompres qoymaq lazımdır. Onu belə hazırlayırlar: balaca qazançaya bir az yağ tökür və qazançanı digər isti su olan qazanın içinə  qoyurlar, yağa bir az limon şirəsi tökülsə daha yaxşı olar. Beləliklə, qızdırılmış yağ diqqətlə saçın dibinə sürtülür, sonra başa polietilen papaq qoyulur və üzərindən isidilmiş dəsmal sarılır.

Yağlı və quru saçlara qulluq

Belə kompres başda bir-iki saat saxlanılır. Sonra başı ya yağlı sabun, ya da uşaq sabunu ilə yuyub, başa yumurta sarısı çəkir və bədəni yuyub qurtarandan sonra başı ya yaxalayırlar, ya da quru saçlar üçün olan şampun ilə yuyurlar. Yuyandan sonra əməköməci kökünün (2 xörək qaşığı xırda doğranmış əməköməçi kökünün üstünə bir litr qaynar su töküb 2 saat qapağı bağlı saxlayırlar) ya da cökə çiçəyinin (2 x.q cökə çiçəyinin üzərinə bir litr qaynar su tökülüb 20 dəq saxlanılır) dəmləməsi ilə yaxalamaq yaxşıdır. Saçı yuyandan və quruladıqdan sonra saçlar üçün olan xüsusi krem sürtülür. Bu kremlərdən hər gün saçları darayarkən istifadə etmək olar.

Yağlı və quru saçlara qulluq

Yağlı saçlar

Yağlı saçlar yuyulandan 2-3 gün sonra öz yumşaqlığını itirir, yağlanıb bir-birinə yapışır. Burada söhbət yağlı seboreyadan, ya da piy vəzilərinin ifrat sekresiyasından gedir. Bu xəstəlik həyatın müxtəlif dövrlərində əmələ gəlir, bəzən südəmər uşaqların da başı yağlı qabıqla örtülür. Piy vəzilərinin ifrazının artması, adətən cinsi yetişkənlik dövründə müşahidə olunur, lakin bu hal bir qədər gec də baş verə bilər.

Seboreya zamanı bəzən yağlı, ya da quru qabıq əmələ gəlir. Quru qabığa çox vaxt xırda pulcuqlar şəklində cavanlarda rast gəlmək olur. Yağlı qabıq isə sarımtıl pulcuqlar şəklində başın dərisinə yapışmış olur.

Yağlı saçlar piy vəzilərinin ifrazının artıb-artmamasından asılı olmayaraq 15-17 yaşda tökülməyə başlayır. Saçların tökülməsinə məhəl qoyulmursa və lazımı müalicə aparılmırsa, bu, vaxtından əvvəl dazlaşmaya səbəb ola bilər, vaxtında həkimə müraciət etdikdə isə saçların saxlanmasına olan ümid artır.

 Yağlı və quru saçlara qulluq

Yağlı saçları onların yağlanma vaxtından asılı olaraq 2-4 gündən bir yuyurlar. Belə saçları kükürdlü, qatranlı sabunlarla, xlorofilli, qarabaşaq-mayasarmaşığı, çobanyastığı, pivəli və başqa şampunlarla yumaq olar.

Yuyandan sonra saçları qatıqquyruğu, nanə, palıd qabığı kimi dərman bitkiləri dəmləməsindən (1 litr suya bu otlardan hərəsindən bir x.q.) su ilə yaxalamaq olar. Sarışın saçlar üçün həmin nisbətdə qatırquyruğu, çobanyastığı, mayasarmaşığı tumurcuqlarını götürmək olar. Başın dərisi qabıq verməsin deyə, günaşırı saçı sarışın olanlara “Beryozovaya voda”, qara saçları olanlara ”Krapivnaya voda” çəkilməsi tövsiyyə olunur.

Saçları yağlı olub qabıq verməyən xanımlar başlarının dərisinə saçları möhkəmləndirən vasitələrdən istifadə edə bilərlər.

24 yanvar 2014
GO BACK