Qadin.NET / Xına ilə saçlarınıza işıltı qatın

Xına ilə saçlarınıza işıltı qatın

Xına ilə saçlarınıza işıltı qatın

Hər səhər güzgüdə saçlarınıza baxarkən daxilən ağlamaq istəyirsiz? Yağlı, ya da quru görünən saçınız solmağa başlayıb? Xına vurmaqla saçlarınızın ehtiyacı olan parlaqlığı təmin edə bilərsiz.

Xına möcüzəsi

Fironların dövründən bəri xınanın müalicəvi cəhətləri məlumdur. Saça tətbiq olunan bu bitki saçı təmizləməklə yanaşı, saça sağlamlıq verir və yağlanmasının qarşısını alır. Məhz bu səbəbə görə tez-tez qırılan və yağlı saçlar üçün məsləhət görülür.

Xına ilə saçlarınıza işıltı qatın

Zövqlər və rənglər

Eyni zamanda rəng vermə xüsusiyyəti ilə bəyənilən xına günəşli yerdə saçlarda qırmızı rəngi əks etdirir. Bununla yanaşı, xına qumral, şabalıdı, qırmızı-qəhvəyi, qırmızı, parlaq sarı və ya təbii mis kimi rənglər daxil olmaqla geniş bir rəng seçimi təqdim edir. Rəng seçimində qərar verməzdən əvvəl saçınıza ən uyğun olan rəngin hansı olduğunu müəyyən etməlisiz. Saçınız ağ və ya sarıdırsa, əldə edəcəyiniz rəng dumanlı qırmızı olar. Bu da gözə xitab etməyə kifayətdir, çünki xına saçı boyamaqdan əlavə daha çox qırmızı rəngi əks etdirir. Digər tərəfdən, sarışınlar qızıl sarısı, ya da təbii mis tonlarını seçim edə bilər. Açıq rəngdəki saçlara hər rəng yaraşır.

Kimyəvi müalicə zamanı cansızlaşan saçlara diqqət edin. Bu kimi vəziyyətlərdə xına tətbiqdən əvvəl ən az dörd həftə gözləmək tövsiyə edilir.

Tətbiq tövsiyələri

1. Xına ləkəsi qəti getmir. Saçınıza xına çəkməzdən əvvəl köhnə bir köynəyi, istifadə etmədiyiniz bir dəsmalı və plastik əlcəkləri hazır edin. Vanna otağındaki gözəl dəsmallarınızı da yığışdırın.
2. Toz halındakı xınanı spatulanın köməyi ilə isti su və bir qaşıq zeytun yağı ilə yumşaq konsistensiyaya gələnə qədər qarışdırın.
3. Xınanı quru saçınıza boya fırçası ilə çəkin. Lazım olarsa, yaxın birindən kömək istəyin. Ən yaxşı üsul saç diblərindən başlayaraq xınanı lent halında çəkməkdir. Daha sonr, saç uclarını başın təpəsində yığaraq barmaqlarınızla saç dərisinə masaj edin.

Xına ilə saçlarınıza işıltı qatın

4. Xınanın istiliyini qorumaq üçün başınızı alüminium folqa ilə bağlayın. Kiçik bir sellofan də işinizə yarıya bilər. Üzünüzü bütün xına qalıqlarından təmizləyin. Əks halda üzünüzdə qırmızı ləkələr meydana gələr. Ən az bir saat gözləyin.
5. Xına qalıqlarını təmizləmək üçün saçınızı ilıq suyla yuyun. Ardınca saç şampunundan istifadə edə bilərsiniz.  Rəngin stabilləşməsi və saçın asan daranması üçün saç kremi də çəkə bilərsiniz.

18 yanvar 2014
GO BACK