Qadin.NET / Qış mövsümündə saça qulluq

Qış mövsümündə saça qulluq

Qış mövsümündə saça qulluq

Soyuq və şaxtalı havanın saçlarınızın ən böyük düşməni olduğunu bilirdinizmi?! Qış mövsümündə dərimizin xüsusi qayğıya, qulluğa ehtiyacı olduğu kimi saçlarımıza da özəl qulluq etməliyik. Quru və soyuq havalar saç köklərinizdəki nəmi azaldır və donuq, quru, zəif saçlara döndərir. Sizə verəcəyimiz 4 ipucu ilə saçlarınızı soyuq havalardan qoruyun ki gözəl olsun, həmişə baxımlı görünün. 

1. Nəmləndirin

Saçlarınızın elektrikli və qeyri-sağlam olması, tel-tel görünməsi quruluq səbəbindən olur. Soyuq havalar saç kökündəki nəmə təsir edir. Bu səbəbdən bu aylarda istifadə etdiyiniz məhsulların nəmləndirici xüsusiyyətə malik olmasına da mütləq diqqət yetirin. Qış aylarında xüsusi məhsullardan istifadə edin.

Qış mövsümündə saça qulluq

2. Seramik və ionlu məhsullardan istifadə edin

 Saçlarınıza forma vermək üçün istifadə etdiyiniz alətlərin seramik və ion xüsusiyyətli olmasına mütləq diqqət edin.

Qoruma özəllikləri olan bu maddələr saçınızın həddən artıq istilik səbəbindən köhnəlməsinin qarşısını alacaq. İonlu alətlər saçınızdakı eletriki balanslaşdıracaq və qabarmanın qarşısını alacaq. Saçınızın soyuq havalardan sonra bir anda həddən artıq isti havaya məruz qalaraq sönük olmasının, cansızlaşmasının qarşısını yalnız belə ala bilərsiniz. 

Qış mövsümündə saça qulluq

3. Yaş saçla çölə çıxmayın

Saçınızı təzə yuyub soyuq havaya çıxmağınız həm sağlamlığınıza pis təsir göstərəcək, həm də saçlarınızı cansız, quru edəcək. Yaş saç soyuq havaya məruz qalanda donu və tez qırılır. Saçlarınızın yaxşıca quruduğuna əmin olmasanız, çölə çıxmayın. 

Qış mövsümündə saça qulluq

4. İpək aksessuarlardan istifadə edin

Qışın gəlməsi ilə moda soyuq havalar üçün bir sıra gözəl və maraqlı aksessuarlar da təqdim etdi. Ancaq aldığınız məhsulun materialı saçınızın formasını poza və hətta elektriklənməsinə səbəb ola bilər. Bu səbəbdən ipək aksessuarlardan istifadə edin.

Qış mövsümündə saça qulluq

Hər birinizə sağlam və gözəl saçlara malik olmağı arzulayıram!

7 yanvar 2014
GO BACK