2014-cü ilin saç və makiyaj trendləri baxımlı görünməyi və özünə qulluq etməyi sevən xanımlar üçün yeni alternativlər təklif edir. Təbii olmaq bu il də əsas və vacib şərtlərdən biridir.
Dalğalı saçlar
Bir neçə mövsüm boyunca davam edən dağınıq, qıvrım və dalğalı saç dəbi artıq geridə qaldı. Bu payız olduğu kimi bu qış da "yumşaq" dalğalı saçlar çox dəbdədir. Xüsusilə də qıpqırmızı dodaqlar, iri dalğalı saçlarla bərabər çox gözəl görünür, xanımlara nostalji görünüş bəxş edir. Son dərəcə baxımlı və həcmli görünən bu model cazibədar və ağlı başdan çıxaracaq qədər gözəldir. Bu saç modelindən həm gündəlik, həm də gecə ziyafətlərinə və ya dəvətlərə gedərkən rahat istifadə edə bilərsiniz.
2. Topuzlar və hörüklər
Bu görünüş qadına həm sadə, həm də zərif və kübar bir gözəllik bəxş edir. Bundan başqa, düz və ya dağınıq topuz yığılmış saçlar mövsümün iri xətli paltarlarına yaxşı yaraşır.
3. Dümdüz, uzun saçlar
Ortadan ayrılmış, dümdüz saçlar yenə dəbdədir. Saçlarınızı fenlə dümdüz edin, qısadırsa mütləq şinyondan istifadə edin. Həcmsiz olmağının qarşısını almaq üçün saçınızın alt tərəfini daraqla düzəldin.
4. Pişik kimi baxan gözlər
Drammatik və aydın cizgilərlə ön plana çıxan gözər qadınlara həm cəsur, həm də sevgi dolu bir gözəllik verir. Pişik kimi gözlərə sahib olmaq üçün qara duru formada olan eye-liner ilə kirpiklərə yaxın çizgilər çəkin və xətti çölə doğru uzadın.
5. Təbii sima
Solğun dəri, çəhrayı yanaqlar və rəngsiz dodaqlar daha bəzəkli görüntüdən əlavə yeni bir alternativ variant təklif edilir; təbii bir görünüşə sahib olmaq üçün dodaq boyasının üzərindən dodaqlara parıltı vurmağınız kifayət edər.