İncə telli saçlar üçün təklifimiz budur ki, saçlarınızı yormayın. "Saçlarım əvvəllər çox gur idi, indi çox azalıb. Saçlarım həmişə incə tellidir, kaş ki qalın və ya dolğun olaydı" deyirsinizsə, bu xəbəri oxumağınız məsləhətdir.
Yeni yuyulmuş saçınızı qurutmadan və ya fenləməzdən əvvəl dəsmala, ya da bir tənzifə bükün və qurumasını gözləyin. Sonra iri dişli daraqla darayın. Saçlarınızı darayarkən altdan başlayıb yavaş-yavaş daramağa çalışın, əsla saçınızı dartmayın. Bu prosesdən sonra fenləyin və fendə istilik nizamını orta dərəcədə edin. Saçınızı fenləməzdən əvvəl saçlarınızın sönük görünməməsi üçün bir az şəkilləndirici köpükdən də istifadə edə bilərsiniz. Saçınızın həcmli və qalın görüüməsini istəyirsinizsə, incə biqudilərdən istifadə edə bilərsiniz. Əgər saçlarınız uzundursa, axşamdan saçlarınızı hörə bilərsiniz, bu zaman həcmli saçlara malik olacaqsınız.
İncə telli saçlar üçün baxım kremləri saçınızın rəngini müəyyən edir. Saç kremləri incə telli saçları gücsüz və yağlı göstərir, bu səbəbdən mümkün olduqca istifadə etməməniz lazımdır. Lakin saçınız boyalıdırsa və kremdən ​​istifadə etmək vacibdirsə, düzgün kremdən istifadə etmək birinci qaydadır.
İncə telli saçlara malik olan xanımlar yağlı məhsullardan çox istifadə etməməlidir, bunun yerinə saçınızı yuduqdan sonra nəmli saç spreyini vurmaq daha faydalıdır. İncə telli saçlar üçün şampundan istifadə çox əhəmiyyətlidir, bunun üçün saç ustanızdan məsləhət istəyə bilər, ondakı qulluq məhsullarını sınaya bilərsiniz. Gözəllik mütəxəssislərində incə telli saçları qalınlaşdırmaq üçün kimyəvi maddələr var, bu, sizin üçün uyğun deyilsə, əlavə saç taxdıra bilərsiniz.
İncə telli saçlarınız varsa, yeməyiniz lazım olan başlıca yeməklər biotin tərkibli zəngin tünd yaşıl meyvə-tərəvəzlər və ət yeməkləridir. Çünki saç zülaldan ibarətdir. Buna görə yumurta və noxud kimi yeməklər saçın daha güclü olması üçün əhəmiyyətlidir. Zeytun yağının da saça faydalı olduğunu unutmayın.
Əgər saçlarınız çox tökülür və qırılırsa, tərkibində A vitamini olan qidalardan uzaq olmanızda fayda var. Lakin badam və qabıqlı meyvələri yeməyiniz məsləhətdir, çünki tərkibində sink olduğu üçün saç köklərinə çox faydalıdır.
Zəif saçların başlıca səbəbləri isə düzgün qidalanmamaq, həddindən artıq kökəlib arıqlamaq, hormon pozğunluğu, saç boyası və tətbiq olunan yanlış müalicələr ola bilər. Saçların olduğundan daha zəif görünməsinin digər bir səbəbi isə saç köklərində olan sebum adlı yağın saç diblərini tutaraq saçın nəfəs almasını və toksinləri atmasını əngəlləməsidir. Bu da saç kökünün iltihabı, saçda pis qoxu, saç dərisində ağrı və saçda sızanaq kimi problemlər yarada bilər. Qidalanmayan və xəstəliklərlə üzləşən saçlar incəlir və zəifləyir. Zeytun yağı, jojoba yağı, aloe vera, avokado yağı kimi bitki mənşəli yağlar da faydalıdır. Xüsusilə zeytun yağı həm saçlarda kəpəyin yaranmasına mane olur, həm də tərkibində olan amin turşuları ilə keratin "istehsal edərək" saçları qidalandırır və gücləndirir.