Qadin.NET / Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Mütəxəssislər sağlam saçlara sahib olmaq üçün sağlam, balanslı və doğru qidalanmağın lazım olduğunu fikirləşirlər. Budur, sağlam saçlara sahib olmaq üçün lazım olan qaydalar:

Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Qayda 1: Saç yalnız kökündən bəslənər. Bu qayda heç vaxt unudulmamalıdır. Yerli olaraq tətbiq olunan preparatlar saçlarımıza sağlamlıq gətirməz. Bu cür tətbiq etmələr saçların köhnəlmiş görünüşünə qısa davamlı dəyişmələri çıxmaq şərtiylə heç bir fayda verməz. Saçlarımız üçün lazımlı olan qida maddələri saçlarımıza yalnız qan yolu ilə çata bilər. Zülal, dəmir, sink, biotin və fol turşusu tərkibli qidalanma forması saçlarımız üçün çox əhəmiyyətlidir.

Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Qayda 2: İndiki vaxtda saç boyası, rəng açıcıları, jele və köpük kimi kimyəvi maddələr tez-tez istifadə edilir. Çox tez-tez və uzun davamlı tətbiqlər saçların zaman-zaman zəifləməsinə və qırılmasına səbəb olur. Saçları ez-tez şampunlamaq onların köhnəlməsinə gətirib çıxarır. Hər gün həddindən artıq yuma saç sağlamlığı baxımından uyğun deyil.

Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Qayda 3: Saçlar yaş ikən daha kövrək olur. Yaş saçlar yumşaq dəsmal və aşağı nizamlı qurutma maşınlarıyla (fenlərlə) qurudulmalıdır.

 Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Qayda 4: Eyni şəkildə kobud və sərt daramaq saçların tez köhnəlməsinə və solğun görünməsinə səbəb olur.

 Möhtəşəm saçlar üçün 7 qızıl qayda

 Qayda 5: Kimyəvi tərkibi az olan saç qulluq məhsullarından istifadə etməliyik. Məsələn, ammonium lauryl sulfat ya da silikon tərkibli məhsullar saçlarımızı həddindən artıq qurudaraq daha asan qırılmalarına gətirib çıxardır.

Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Qayda 6: Möhkəm yığılmış saçlar, atquyruqları , topuzlar və hörüklər saçların köklərini zəiflədir. Xüsusilə alnın yan qisimindəki saç tökülmələrinin səbəbi saçların möhkəm və gərgin toplanmasıdır.

Möhtəşəm saçlar üçün 7 qızıl qayda

Qayda 7: Saç sağlamlığı üçün ən əhəmiyyətli olan amil pəhrizin tərkibidir. Zülal baxımından qeyri-kafi pəhrizlər saç köklərinin 2-3 ay ərzində tökülməsinə gətirib çıxarır.

1 dekabr 2013
GO BACK