Qadin.NET / Ev şəraitində saçlara qulluq

Ev şəraitində saçlara qulluq

 

Ev şəraitində saçlara qulluq

 

Saç baxımı biz qadınlar üçün çox əhəmiyyətlidir. Saçınızın hər zaman parlaq olmasını istəyirsinizsə, hər zaman saçlarınıza qulluq etməlisiniz. Bu zaman ağlınıza dərhal bahalı saça qulluq məhsulları və lüks gözəllik salonları gəlməsin. Evinizdə də öz saçlarınıza qulluq edə bilərsiniz. Tez uzanan, kəpəksiz, parlaq və özünüzü xoşbəxt hiss edəcəyiniz saçlar üçün təbii vasitələrdən istifadə edin.

 

Ev şəraitində saçlara qulluq

 

 

 Saçın tez uzanması, parlaması və daha güclü olması üçün maska:

1/2 çay qaşığı küncüt yağı

1/2 çay  qaşığı şirin badam yağı   

1/2 çay qaşığı gənəgərçək yağı 

2 ampul E vitamini 

Hamısını şüşə və ya farfor bir qabda qarışdırın. Alınan məhlulu ovuc içləri ilə saç diblərinə masaj edərək yedirin. Yüngül hərəkətlə saçlarınıza çəkməyə diqqət edin. Daha sonra ilıq və ya isti bir dəsmal ilə başınızı bağlayın. 1-2 saat gözlədikdən sonra şampunla bir dəfə yuyun. Əgər saçlarınız çox tökülürsə həftədə 2-3 dəfə, az tökülürsə bir dəfə tətbiq edə bilərsiniz.

 

Ev şəraitində saçlara qulluq

 

Saçınızı çox isti suyla yumayın. İsti su saçlarınızın parlaqlığını itirməsinə səbəb olur. Ən yaxşı şampun və saç kreminin hansı olduğunu ancaq sınamaqla öyrənə bilərsiniz. Şampun və saç kremindən istifadə etdikdən sonra saçlarınız asanlıqla daranırsa, parlayırsa, asanlıqla formaya düşürsə, demək, seçiminizi düzgün etmisiniz.

Saçlarınızın sağlam olması üçün onları gündə ən çox 1 dəfə, həftədə ən az 1 dəfə ilıq su və saç növünüzə uyğun şampunla yumalısınız.

 

16 sentyabr 2013
GO BACK