Qadin.NET / Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Saçlarınızın daha sağlam, canlı və parlaq görünməsi üçün diqqət yetirməyiniz və bilməyiniz üçün lazım olan kiçik məsləhətlərlə tanış olaq.

Əllərimiz də saçlarımızın yağlanmasına səbəb olur. 

Adətən diqqət etsək çox xanım saçları ilə oynamağı sevir. Bu bir növ vərdiş halını alanda saçlar yağlanmağa başlayır. Əllərimiz vasitəsi ilə saç kökünü qıcıqlandıraraq yağ ifrazına təsir etmiş oluruq. Yağlı saçlar heç də gözəl görünüş vermədiyi üçün saçlarınızı yığmaqla keçinirsiz. Yağlı saçlardan uzaq olmaq üçün ilk olaraq yuma müddətini uzatmalısız. Və ən vacibi saçlarınızla oynamamalısınız. 

Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Çox daramaq saçlarınızı köhnəldər 

Saçınızı gün ərzində çox daramaq, saçlarınızın şəklini pozacağı kimi onların yağlanmasına da səbəb olar. Hələ də gözəl saçlarınız varsa, əmin olun ki, bunlar bir müddət sonra qırılıb tiftik kimi görünməyə başlayacaq. Amma heç daramasanız da saçlarınız dolaşar və hava almadıqları üçün tökülməyə başlaya bilər. Yaxşı bunun bir çıxış yolu varmı? Təbii ki var. Ən yaxşısı, saçlarınızı duşdan sonra və sistematik olaraq gecələri yatmazdan əvvəl daramaqdır. Son olaraq əlavə edək: Buruq saçların daranması çox çətindir, buna görə mütləq geniş uclu bir daraq istifadə edilməlisiniz.

Saçlarınızı zərərli təsirlərdən qoruyun!
Saçın təmiz yuyulmaması

Saçlarınızdakı azca bir şampun qalığı, onların  elektrikləşməsinə güclü təsir edər. Çarəsi isə  saçınızı islatmağa ən az dörd dəqiqə ayırmalısınız, təbii ki, saçınız uzandıqca bu müddət də artacaq. Və nəticə etibarı ilə barmaqlarınızın arasından elektriklənmiş saçlar gedəcək və onun yerinə yumşaq və parlaq saçlar gələcək.

Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Rəng açıcılarından səhv istifadə edilməsi saçlarınızın quruluşunu pozar 

Rəng açıcılarının tərkibində spirt olduğundan lazımından  çox istifadə edilməsi, saçlarınızın qurumasına və elektrikləşməsinə yol aça bilər. Bu təsirlərdən xilas olmaq üçün, məhsulu saçınıza az miqdarlarda addım-addım tətbiq etməlisiniz. İlk mərhələdə bir miqdar tətbiq və təsirinin az olduğunu gördükdən sonra digər miqdarı tətbiq edə bilərsiniz.

Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Saç düzləşdiriciləri ya da maşalar saçlarınızı qurudar 

Çox rahat bir alət olduğunu bilirik amma təəssüf ki, çox istifadə edilməsi, saçınıza əhəmiyyətli ölçüdə zərər verir. Saç düzləşdiricilər hər gün istifadə edildiklərində saçınız yavaş-yavaş yanmağa başlayır, zamanla quruyar və ən sonunda elektrilkəşib qırılar. Ən asan həlli düzləşdiriciləri daha az istifadə etməkdir: məsələn həftədə ən çox iki dəfə. 

Saç qırıqlarını kəsdirməmək saçlarınızı gücsüzləşdirir 

Qırılmış və solmuş saçlar, saçınızın parlamasına mane olar.Vaxtı-vaxtında saçqıranlardan qurtulmaq lazımdı.Burada iki variantınız var: Ya saçınızı  qısaldaraq kəsdirə və ya yalnız saçqıranları kəsdirə bilərsiniz. 

Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Həmişə eyni şampunu istifadə etmək saçlarınızı yorar 

Söhbət üz kremlərindən getdikdə "Daima eyni markanın eyni məhsulunu istifadə edin" deyirik, lakin şampunlar üçün bu vəziyyət tam fərqlidir.Bir müddətdən sonra uzun müddət istifadə edilmiş şampunlar təsir göstərməməyə başlaryar. Normal olaraq saç dərisi hüceyrələri özlərini hər ay yeniləyər, lakin saç hüceyrələri elə deyil. Bu səbəblə saç telləri şampuna öyrəşər və dolğun bir hala gələr. Ediləcək ən yaxşı şey alternativ yaratmaqdır, məsələn bir yumada boyalı saçlar üçün şampun istifadə edərkən, bir başqa yumada həcm verici şampun istifadə edilə bilər.

Saçlarınızı zərərli təsirlərdən qoruyun!

Yaş saçla küçəyə çıxmaq saçlarınızı çirkləndirər 

Yaş saçlar havadakı bütün çirk və tozları udar. Saç dərinizə və tellərinin yaş olmaları ilə birlikdə saçınıza yapışan toz və çirk, saç dərinizdə yağlanmalara və kəpəyə səbəb ola bilər. Əgər  saçlarınız gurudursa deyilənlər daha çox özünü göstərər.Saçınızın dibi daha  az hava aldığından, bu təsirlərə daha çox məruz qala bilər. 

Saçlarınızı zərərli təsirlərdən qoruyun!
13 avqust 2013
GO BACK