Qadin.NET / Şok pəhrizlər saçları tökür

Şok pəhrizlər saçları tökür

Şok pəhrizlər saçları tökür

Dəri xəstəlikləri mütəxəssisi Dr.Ayfər Bankaoğlu, şok pəhrizlərin qan azlığına, məhz bu səbəbdən də saçların tökülməsinə, zəyifləməsinə, tez qırılmasına və cansız görünməsinə gətirib çıxartdığını xatırladır.

"İstifadə etdiyimiz şampunlar və saç baxım məhsullarının saçlarımıza nə qədər təsiri olduğunun əhəmiyəti yoxdur. Çünki saç, köklərindən və qan yoluyla bəslənir. Yəni saçlarımızı yalnız yediklərimiz bəsləyir. Saçlarımızın sağlam qala bilməsi üçün əhəmiyətli olan kifayət qədər və balanslı qidalanmaqdır. Ağır pəhriz sonrası qan azlığı yaranır. Qida və vitaminlərin əksikliyi ilə yanaşı bədənə daxil olan dəmirin də azalması, saçın daha çox tökülməsinə səbəb olur."

Şok pəhrizlər saçları tökür

Saçları qidalandırmaq üçün

Saçların sağlamlığını qorumağın yolu nizamlı və balanslı qidalanmaqdan keçir. Nizamsız qidalanma vədişləri olan kəslərdə saçlar hər keçən gün daha da cansızlaşır və sağlamlığını itirir. Dr. Bankaoğlu "Sağlam və tökülməyən saç istəyirsinizsə qidalanmanızda zülal, sink, B12 vitaminləri, fol turşusu və mis əksikliyi olmamasına diqqət etməyiniz lazımdır. Bu qidaların əksikliyi saç sağlamlığınıza mənfi təsir edir" deyir. 
Şok pəhrizlər saçları tökür

Siqaret və sipirtli içki saçı yorur.

Davamlı olaraq siqaret və sipirtli içki istifadəsi bədənimizdən əlavə saçlarımıza da ziyan vurur. Bunların vərdiş halına gətirilməsi saçların ölməsinə səbəb olur. Xüsusilə siqaret istifadə edənlərdə saçların daha tez bəyazlaşdığı müəyyən edilib. Eyni zamanda siqaret saçların yağlanmasına və qırılmasına səbəb olur. Odur ki, qəbul etdiyiniz qidalara və onların tərkiblərinə də diqqət edin. Unutmayın ki, gözəlliyimizin kökündə sağlamlığımız durur. 

10 avqust 2013
GO BACK