Saç düzləşdiricisi, buruqdan çox istifadə etmək, saçları boyatmaq heç istənməyən nəticə ilə sonlanır: cansız, yanmış, zədələnmiş saçlar! Yazıya köhnəlmiş saçlardan xilas ola bilmək üçün 4 təklif əlavə etdim. Ümid edirəm ki, bu təkliflərlə artıq sizin də göz qamaşdıran saçlarınız olacaq!
Məhz əvvəlki kimi zədələnməmiş və sağlam saçlara geri dönmək üçün 4 əhəmiyyətli nöqtə:
1. Saçınızı doğru darayın!
Saçlarınızı yuyarkən hər zaman saç kremindən istifadə etməlisiniz, saçlarınızı durulamadan əvvəl də bir neçə dəqiqə saçlarınızda kremi mütləq saxlamalısınız. Saç kreminə baxmayaraq, düyünlənmiş saçılarınız varsa, yumşaq uclu bir fırçanın köməyi ilə saçlarınızın uclarını astaca darayın və hər səfərində bir neçə santimetr daha yuxarı çıxın. Çünki, saçınıza ən çox zərər verən saçınızı səhv daramağınızdır.
2. Saçınızı qurudarkən diqqət edin!
Saç rəng mütəxəssisi Kevin Josephson deyir: ''Saçınızın eyni bölgəsində eyni əməliyyatı təkrar etməyin!'' Yəni saçınıza burarkən və ya düzləşdirici ilə şəkil verərkən əvvəl saçınızı hissələrə ayırın, hər dəfə bir hissəni edibn, həmin hissə bitdikdən sonra digərinə keçin.
Saç mütəxəssisi Giovanni Mele deyir: ''Fenlərdəki istilik səviyyəsi elə yüksəkdir ki, saçınıza dəydikdə saçınızı yandıra bilərsiniz. Yəni, fenə başlıq taxmasanız, istiliyi və havanı hər tərəfə yayar və bu da saçınızın ipək kimi və parlaq deyil, qabarıq olmasına yol aça bilər''.
3.Saçınızın rəngini dəyişdirərkən diqqət!
Əgər tünd rəngli saçınız varsa və onu sarıya boyatmaq istəyiniz varsa, qətiyyən rəng açıcılarından çox istifadə etməməyə diqqət yetirin. Çünki saç rəngini aça bilmək üçün ağardıcı perekisdən istifadə olunur, uzun müddət saçınızda qalsa, ya da tez-tez istifadə edirsinizsə, saçınız yanar.
Saç rəng mütəxəssisi Kevin Josephson deyir:'' Bütün saçınızı açmaq əvəzinə, üzünüzün ətrafındakı bir neçə tutam saçın rəngini açın. Əməliyyatı iki və ya üç aydan bir təkrarlayın''.
4. Saçınızı kəsdirməkdən qorxmayın!
Saç stilisti Paul Ohana ayda, ya da iki ayda bir saçlarınızın uclarından kəsdirməyi təklif edir: ''Saçın ziyan görən hissələrindən xilas olmaq üçün 4, ya da 5 dəfə kəsdirmək lazım ola bilər. Lakin sonda saçınızın uzunluğunu və modelini tamamilə dəyişdirmədən yaxşılaşdığını görəcəksiniz''. Saçınızı uclarından kəsdirmək saçınızı gücləndirəcək, canlandıracaq və parlaqlıq qazanmasına kömək edcək. Bunun üçün həftəlik saç maskalarından da istifadə edin.