Qadin.NET / Ev şəraitində hörgülü toppuz yığmaq üsulu

Ev şəraitində hörgülü toppuz yığmaq üsulu

Əziz xanımlar, rəfiqələrimizlə görüşərkən, gəzintiyə çıxdığımız, hər hansı şənliyə getdiyimiz zaman hamıdan fərqlənmək istəyirik. Bunun üçün geyimimizə, makiyajımıza, saç düzümümüzə hər zaman dəyişiklik edirik. Öz xarici görünüşü ilə fərqlənən qadınlar hər zaman baxımlı görünürlər. Buna görə də tez-tez salonlara baş vururuq. Lakin buna hər zaman vaxt ayıra bilmirik.
Gözəl qızlarımız və gəlinlərimiz mən bu gün sizə evdə öz əllərimizlə yığa biləcəyiniz saç modeli təklif edirəm. Buyurun ardıcıl olaraq izləyin.    
1. İlk öncə saçları yana ayırırıq.   
 
2. Sonra hörməyə başlayırıq.
3. Beləcə arxaya doğru davam edirik. Xanımlar, bu hörüyü saçımızın əks tərəfindən də eyni şəkildə  hörüb arxadan hər iki hörüyü birləşdirib yeni saç forması yarada bilərik.

4. Hörüyümüzü boyun ətrafı boyunca davam edirik. Bu vəziyyətdə saçın ucuna rezin vurub, ucunu açıq saxlayaraq saç modelini tamamlaya bilərik.
5. Bu modeldə isə saçı ucuna qədər hörürük. Sadə görünmək istəyi ilə, gündəlik sport paltarla bu hörüyü rezinlə berkidib açıq hörük modelini ala bilərik.

6. Şəkildəki modeldə isə saçın ucunu içəriyə qatlayırıq. 

7. Qatladığımız hissəni sancaqla bərkidirik.

8. Beləliklə saç modelimiz hazırdır. Bu saç düzümü xanımlarımıza  tam fərqli bir imic, şarm verəcək. Bu düzümlə klassik geyim daha gözəl görünər. 
Ümid edirəmki bəyənəcəksiniz. Sizə hamıdan fərqli, hamıdan cazibədar və hamıdan şarmlı olmağı arzulayıram.
Bu işdə də sizə uğurlar!
16 iyul 2013
GO BACK