Qadin.NET / Gözəl saçlar üçün 6 qızıl qayda

Gözəl saçlar üçün 6 qızıl qayda

1. Saçlarınız üçün taxta daraq və ya fırçadan istifadə edin. Taxta daraq saçlarınızı digər daraqlardan daha az qırır, saç səthindəki toxumun məhv olmasına mane olur. Beləcə saçlarınız nazikləşməz. Fırçanın isə saçları parıldatdığı doğrudur. Çünki fırça yalnız saçınıza deyil, saç dibinizə də masaj edir və qan dövranını sürətləndirir. Bu səbəbdən hər səhər dırnaqlarınızdan istifadə etmədən barmaqlarınızla saçınızın dibini massaj edin.

Gözəl saçlar üçün 6 qızıl qayda

2. Saçlarınızı  həftə ərzində az yuyun. 2 gündən bir yuyursunuzsa, 3 gündən bir yumağa çalışın. Saç diblərinizdəki təbii yağlar saçınızın öz-özünü bərpa etməsinə köməkçi olar.

Gözəl saçlar üçün 6 qızıl qayda

3. İki həftə boyunca duşa girməzdən əvvəl saçlarınıza küncüt yağı və zeytun yağı sürtün. Xüsusilə saç uclarınıza küncüt yağı çox yaxşı təsir göstərəcək. Ən az 2 saat saxlayın və yuyun.

Gözəl saçlar üçün 6 qızıl qayda

4. Şampundan sonra mütləq saç maskası istifadə etməyə çalışın. Mümkün olduqca saç diblərinizə çox dəyməsin. Saç kökləriniz zəif ola bilər və bu saç tökülməsinə səbəb ola bilər. Xüsusilə saçların tökülməsindən şikayət edənlərin saç kremlərini və maskalarını saç diblərinə vurduqları dəfələrlə sübut edilmişdir.

Gözəl saçlar üçün 6 qızıl qayda

5. Duşdan çıxarkən saçınızı son dəfə duruladığınız suya maksimum bir çay stəkanı alma sirkəsi əlavə olunmuş su ilə yaxalayın. 2 həftə boyunca həftədə bir dəfə olmaq üzrə tətbiq edin. Sirkə daim saçınızı parlaqlaşdırar və çox gözəl bir görünüş bəxş edər.

Gözəl saçlar üçün 6 qızıl qayda

6. Saçlarınızı yığaraq yatmayın. Xüsusilə istifadə etdiyiniz  broşlar rezin olmasın. Xaricdə məşhur saç baxım markalarının mütəxəssisləri saçlarımızı ipək və ona oxşar parçalardan edilmiş broşlarla yığmanızı təklif edirlər.

Gözəl saçlar üçün 6 qızıl qayda

Ən sadə bir misal - çiyindən asdığınız çantanın qulpuna ilişən saçlarınız tez qırılır, beləcə saçlarınız nazikləşir. Bu səbəbdən saçlarımıza çox nəzakətli davranmalıyıq. Əks halda uzun saçlarımıza vida etmək məcburiyyətində qala bilərik.

16 iyun 2013
GO BACK