Qadin.NET / Kəpəyə son qoymaq üçün təbii yollar

Kəpəyə son qoymaq üçün təbii yollar

     Saç dərimizdə yorğunluqdan, stressdən və bol nişastalı yeməklərdən kəpək meydana gəlir. Kəpək problemi görünüş etibarilə estetik deyil və ictimai həyata mənfi təsir edir. Kəpəkdən xilas olmaq üçün bir çox təbii üsullar var. Buyurun:

Kəpəyə son qoymaq üçün təbii yollar

Aspirin:

      Kəpək probleminizi yox etmək üçün aspirindən istifadə edə bilərsiniz. 2 ədəd aspirini toz vəziyyətinə gətirib, saçınızı yuyarkən istifadə etdiyiniz şampununuza əlavə edə bilərsiniz. Şampunu saçınızda 1-2 dəqiqə gözlətdikdən sonra yaxşıca yaxalamalısınız. Daha sonra normal bir şampunla təkrar saçlarınızı yumalısınız.

Kəpəyə son qoymaq üçün təbii yollar

Limon

     Kəpəklər saç dərisinin qaşınmasına da səbəb olur. Qaşıntıdan və kəpəkdən xilas olmaq üçün həlli limonda tapa bilərsiniz. Yalnız saç dərinizi iki yemək qaşığı limon ilə masaj edib, sonra suyla yaxalamalısınız. Bu metodu, kəpəklər yox olana qədər hər başınızı yuduqda edə bilərsiniz.

Kəpəyə son qoymaq üçün təbii yollar

Duz

     Xörək duzu ilə saçları masaj edərək kəpəkdən xilas ola bilərsiniz. Duşdan əvvəl quru saça bir miqdar duz səpib masaj edə bilərsiniz. Duz quru və qabıq verən saç dərisini sakitləşdirir və tökülən saç köklərini də bərkidər.

Kəpəyə son qoymaq üçün təbii yollar

Sirkə

     Kəpəkdən xilas olmağın  digər yolu isə sirkədir. Hər saçı şampunladıqdan  sonra 2 fincan soyuq suya 2 fincan alma sirkəsi əlavə edib saçınızı bununla yaxalayabilərsiniz. Bundan başqa, saçınızı şampunlamamışdan  əvvəl saçınıza birbaşa 3 yemək qaşığı sirkə ilə saç dərinizə masaj edə bilərsiniz. Bir neçə dəqiqə gözlədikdən sonra isə saçınızı yaxalayabilərsiniz. Sirkə eyni zamanda saçların daha canlı və parlaq olmasını da təmin edəcək. Başqa bir üsul isə hər başınızı yuduqdan sonra 1 litr suya 1 xörək qaşığı alma sirkəsi əlavə edib yaxalayırsınız . Bu həm kəpək üçün həm də saçların tez uzanması üçün köməkçi olacaq.

Kəpəyə son qoymaq üçün təbii yollar
31 may 2013
GO BACK