Qadin.NET / Saç üçün maskalar

Saç üçün maskalar

 

Saç üçün maskalar

 

Saç üçün maskalar:

-2 xörək  qaşığı zeytun yağı, 3 xörək qaşığı mayonez və 2 yumurtanın sarısını qatıb 1 saat saxladıqdan sonra saçları yaxalayın.

-1 çay qaşığı zeytun yağı, 1 yumurta sarısı, 1 baş sarımsağın suyu və 1 xörək qaşığı gənəgərcək yağını qarışdırıb saçınızda  yarım saat saxladıqdan sonra yumaq lazımdır.

 Saçın tökülməyinə qarşı maska:

-Yarım stəkan suya 10 damcı ağ neft tökürsünüz, saçlara çəkib yarım saat saxladıqdan sonra yuyursunuz.

-Yumurtanın ağına 1 baş sarımsağın suyunu və 1 çay qaşığı duzu əlavə edib, qarışdırıb saçın dibinə çəkin, yarım saatdan yuyun. Saç tökülmənin qarşısını alır.

 

Saç üçün maskalar

 

-6 acı bibəri 500 q arağa qatıb 3 həftə qaranlıq yerdə saxlayın, sonra gecə saçın dibini barmaqlarla bu qatışıqla masaj edib yatın və səhər yuyun.

-Yumurtanın sarısı çalınır, 1 stəkan qatıq, 1 çay qaşığı zeytun yağı ilə qarışdırılıb maska kimi saça qoyulur, 1 saatdan sonra yuyulur.

-Bir xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi, 1 ədəd yumurtanın sarısı qatılır, saça çəkilir 20 dəqiqə sonra yuyulur.

Saçın yumşaq və parlaq olması üçün:

2 ədəd yumurtanı çalın, saçlarınızı ilıq su ilə isladıb yumurtanı saçınıza çəkin və 10 dəqiqə saxladıqdan sonra yuyun.

 

Saç üçün maskalar

 

 

 Saçları qalın və hamar edən maska:

Bir xörək qaşığı bal, konyak, 1 xörək qaşığı zeytun yağı qatılır və 10 gündən bir saça çəkilir. 1-2 saat saçda saxlamaq olar. Arağı şampunla eyni miqdarda götürüb saçları yuyanda saçlar yumşaq və parlaq olur. 

Saçları gicitkən suyunun dəmləməsi ilə və yaxud 1 xörək qaşığı sirkə qatılmış 1 litr suyla yaxalamaq saçı parlaq və canlı edir və ya 2 xörək qaşığı zeytun yağına 1 çay qaşığı duz qatıb saç diblərini masaj etmək saçın tökülməsinin qarşısını alır.

23 may 2013
GO BACK