Hər il fərqli saç modelləri dəbdə olur. Saç demək olar ki, xanımın gözəlliyinin əsas hissəsidir. Saç qadını daha gözəl və cazibədar göstərir. Bunun üçün də xanımlarımızın saçı həmişə səliqəli və baxımlı olmalıdır. Qışda xanımlar bir o qədər də saç modelinin necə olmasına fikir vermirlər. Yay gələndə isə demək olar ki, bu xanımlar üçün "problemə" çevrilir. Hər bir xanım istəyər ki, onun saçları daha gözəl, daha cazibədar, daha parlaq görünsün. Baxımlı xanımlarımızın çoxu dəblə ayaqlaşmağa çalışırlar. Bu xəbərimdə sizləri bu ilin saç modelləri ilə tanış etmək istədim.
Qısa saç modelləri arasında xanımların ən çox bəyəndiyi saç modeli olar bəlkə də.
Buruqlu, hörüklü və qarışıq saç yığımları bu il də dəbdədir. Bu saç modelindən gəlinlər, eyni zamanda ziyafətə gedən xanımlarımız da istifadə edə bilərlər.
Bu saç modeli bir az keçmişi xatırlatdı sanki.
Yarı dalğalı saçlar cazibədar və göstərişi sevən xanımların seçimidir.
Dalğalı gur saçlar. Eleqant və özünə güvənən xanım obrazı yaradır.
Yan tərəfdən yığılmış, çox sadə saç modeli. Gündəlik və ziyafət üçün bu saç modelini rahatlıqla seçə bilərsiniz.
Yarı yığılmış, nisbətən dağınıq və içərisində nazik hörüklər olan saç modeli. Hörük hər zaman dəbdə olmanın göstəricisidir. Ziyafətə gedərkən bu saç modeli uyğun ola bilər.
Bir sözlə mükəmməl görünür.
Ziyafət üçün olan toppuz saç modeli bir neçə ildir ki, dəbdə olmasına baxmayaraq hələ də dəbdən düşmür.
Bant şəklində yığılmış saç modeli. Daha çox gənc xanımlarımıza yaraşan saç modleidir.
Dağınıq toppuz saç modeli. Gündəlik çox rahat və gözəl göründüyü üçün gənc xanımlarımızın çoxu bu saç modleini bəyənir.
Düz uzun saçlar hər zaman dəbdədir. Sadəcə qüsursuz görünür.
Hər zaman özünüzə, üz quruluşunuza uyğun saç modellərinə üstünlük verin. Bu model dəbdədir deyib, özünüzə yaraşmayan saç modelilə gözəlliyinizə və zövqünüzə xələl gətirməyin.