Qadin.NET / Saçlarınız gözəl olsun

Saçlarınız gözəl olsun

Saçlarınız gözəl olsun

Ev şəraitində hazırlanan saça qulluq maskaları həm saçlarınızı qoruyacaq, həm də onları parlaq və yumşaq edəcək. Maskaların tətbiqi saçlarınızın vəziyyətindən asılıdır - əgər saçlarınız sağlam deyilsə, həftədə 2-3 dəfə maskaları etməyiniz məsləhətdir, profilaktika üçün isə ayda 1 dəfə etməyiniz kifayətdir.

*Kokos yağlı quru saçlar üçün maskalar

1. Bu maskanı etmək üçün sizə lazım olacaq;
- 1 xörək qaşığı kokos yağı.
- 1 xörək qaşığı zeytun yağı.
- bir neçə damcı lavanda və ya ilanq-ilanq efir yağı.
Bu inqrediyentləri qarışdırın. Saçlarınıza çəkib, bir neçə saat saxlayın. Sonra adi qaydada-şampun və kondisionerlə yuyun.
Proseduru həftədə bir dəfə etməyiniz məsləhət görülür.

2. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı jojoba yağı ilə qarışdırın, azca qızdırıb saçlarınıza çəkin. 1 saat saxlayın, sonra adi qaydada yuyun.
Bu maska quru saçları nəmləndirir və parıltı bəxş edir.

3. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı çaytikanı yağı (oblepixa yağı) ilə qarışdırın. Saçlarınıza çəkib, istidə saxlayın. 1 saatdan sonra adi qaydada yuyun.
Bu maska çox zədələnmiş quru saçları bərpa edir.

4. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı badam yağı ilə qarışdırıb azacıq qızdırın, saçlarınıza çəkib 1 saat saxlayın. Sonra adi qaydada yuyun.
Bu maska rənglənmiş quru saçları bərpa edir.

Saçlarınız gözəl olsun

*Qidalandırıcı maska

1 neçə yumurta sarısını 1 xörək qaşığı zeytun yağında çalıb, üzərinə 1 xörək qaşığı bal və 2 xörək qaşığı brendi əlavə edib qarışdırın. Saçlarınıza çəkin, üzərini polietilen papaq və dəsmalla bağlayın. Minimum 20 dəqiqə (maksimum yarım saat) saxlayıb isti su ilə adi qaydada yuyun.

*Saç maskası

Bu maskanı etmək üçün sizə lazım olacaq:
- 1 hissə limon şirəsi
- 1 hissə zeytun yağı
Bunları qarışdırın. Saçlarınızı darayıb maskanı çəkin. İstidə bir saat saxlayın,sonra adi qaydada yuyun.

Saçlarınız gözəl olsun

*Sadə maska

2-3 xörək qaşığı zeytun və ya avokado yağını azca qızdırıb daranmış quru saça çəkin. İstidə 1 saat saxlayıb adi qaydada yuyun.
Nəticə: yumşaq ,parlaq saçlar

*Quru saçlar üçün maska
Sizə lazım olacaq:
- 1 xörək qaşığı bal
- 2 xörək qaşığı konyak
- 2 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı limon şirəsi
Bunları qarışdırıb, təmiz saçlara çəkin, 1 saata yaxın istidə saxlayın. Adi qaydada yuyun.
Maskanı həftədə 1 dəfə edin.

17 may 2013
GO BACK