Bir çoxlarımızın yaxşı mənada əziyyət çəkdiyimiz saçlarımızdan söhbət açacam. Hər xanım istərki işə gedərkən, evdə olarkən, uzun sözün qısası hər zaman gözəl görünsün. Lakin saçlarımız sözümüzə qulaq asmır. Saçlarımız buruqdusa mütləq düzləşdirməliyik. Və yaxudda sadəcə düzləşdirməyi sevirik. Hər birimizin bildiyi kimi ütü, fen və buran isti alətlər saçımıza zərərlidir. Saçımızı gündəlik tez tələsik 20-30 dəqiqə arasında necə yığıb işə qaça biləcəyimizi göstərəcəm. Sadəcə şəkillərə diqqətlə baxıb təkrar eləməniz yetərlidir.
İlk öncə əlimizdən tutan gözəl bir fikir bildirəcəm. Bəzi xanımların özəl sirri. Bizə lazım olacaq uzun təzə kişi corabı. Corabımızın uc hissəsini kəsirik və iç tərəfə doğru qatdalayırıq. Tam şəkildəki kimi hərəkət edib özümüzə yeni bir köməkçi düzəldirik.
Və düzəltdiyimiz köməkçidən asanlıqla istifadə edirik. Əvvəlcə sadə bir at quyruğu yığırıq və corabımızı saçımızın ortasına keçirdib içəri doğru qatdalayırıq. Daha sonra yumru toppuzumuzu düzəldirik, bir azca lak vururuq. Və saçımız hazırdır.
Boş yığımnan bəhs etmişkən bir dəbli saç düzümünü də təqdim edim. Özünüz və yaxud da rəfiqəniz üçün asanlıqla edə biləcəyiniz əsas da yay fəsli üçün gözəl olan saç yığımıdır. Mənə elə gəlir ki, izah etməyə ehtiyyac yoxdur. Şəkillərdə aydın izah olunub.
Və sonda özünüzün asanlıqla həll edə biləcəyiniz bir saç yığımı. İsti ütülərin saç alətlərinin ziyanlı olduğunu bilirik. Lakin bəzən harasa gedəndə mütləq istifadə etməli oluruq. Bəziləriniz bilirsiniz ki, saçı isti alətlərdən qoruyan bir çox firmaların gözəl məhsulları var. Saç qoruyucu istifadə etməniz məsləhətlidir.
Gördüyümüz bu saç düzündə də hər bir mərhələlər aydın izah olunub. Sadəcə diqqətli hövsələli olmanız yetərlidir. Əziz xanımlar, çalışaq ki, evdə belə özümüz üçün gözəl olaq.