Qadin.NET / Gözəllik bütün qadınlarda var

Gözəllik bütün qadınlarda var

Gözəllik bütün qadınlarda var
Saçlar qadınları yaraşıqlı edən başlıca amildir. Ancaq saçları qorumaq və düzgün qulluq etmək lazımdır. Əgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin bəzilərini həyata keçirin:

1. Saçınızı yuyarkən qətiyyən sabundan istifadə etməyin. Çünki sabun saçın qurumasına və üzərindəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb olur.
2. Saçları tez-tez bir yerə toplamaq saç hüceyrələrinin sıxılmasına yol açır və saçlar qırılır.

Gözəllik bütün qadınlarda var

3. Daraq alarkən dişlərinin mümkün qədər geniş olmasına çalışın.
4. Saçınızı darayarkən nəmli və ya islanmış olmasına diqqət yetirin. Çünki quru saçı daradıqda qırılır.
5. Quru saçlar üçün 2 xörək qaşığı küncüt, badam və ya günəbaxan yağı götürün. Sonra 3-4 xörək qaşığı noxud unu hazırlayın. Yumazdan əvvəl saçınızı seçdiyiniz yağla masaj edin. Sonra qalan yağın üzərinə noxud unu və bir az da isti su əlavə edərək qarışdırın. Bu qarışığı saçınıza vurub yaxşıca yuyun. Bitki yağları saçlara canlılıq, elastiklik və pariltı gətirir, ətrafdakı zərərli təsirlərdən qoruyur.

Gözəllik bütün qadınlarda var

6. Saçları yuduqdan sonra durulamaq xüsusilə yağlı və kəpəkli saçlarda möcüzələr yaradır. Başın dərisi qurudursa, bitki mənşəli qarışıqlarla və ya azacıq alma sirkəsi əlavə edilmiş su ilə durulamaq məsləhətdir. 

Gözəllik bütün qadınlarda var

7. Saçınız yağlıdırsa, 1 ədəd limonun qabığını sürtgəcdən keçirin və 1 qaşıq nazik doğranmış cökə və yarım litr su əlavə edərək qarışdırın və qaynama dərəcəsinə çatana qədər qızdırdıqdan sonra 10 dəqiqə dəmə qoyduqdan sonra süzün. Sonra 8 ədəd limonun suyu ilə birlikdə hamısını bankaya töküb çalxalayın və 2 gün saxlayın. Saçınızı yuduqdan sonra 1 litr ilıq suya həmin mayenin 1/8 hissəsini əlavə edib, saçınızı durulayın.

8. Saçınıza daha çox parıltı vermək üçün qurudarkən feni saçın kökündən uclarına doğru tutaraq qurudun.

16 may 2016
GO BACK