Qadin.NET / Qış ayları üçün təbii saç maskaları

Qış ayları üçün təbii saç maskaları

 

Qış ayları üçün təbii saç maskaları

 

Qış aylarında saçlarınıza laqeyd yanaşmayın - Təbii saç maskaları 

Qışın gəlməsiylə necə ki, dərinizə baxım tətbiq edirsinizsə, saçlarınıza da saç baxım maskaları etməniz lazımdır.

Dəriniz soyuğun təsiriylə quruyur və çatlayırsa, saçlarınızda soyuğa qarşı müqavimət göstərə bilmir.

Buna görə saçlarınıza extra baxım etməniz lazımdır.

İndi sizlər üçün yazdığım xəbərdə qırılan saçlara, quru və cansız saçlara xüsusi maska reseptləri verirəm.

 

Xüsusilə yay boyunca dəniz, hovuz və günəş səbəbiylə cansızlaşan, qırılan saçlarınızı hava şərtlərinin daha da ağırlaşdığı qışa hazırladınızmı?

Qış ayları üçün təbii saç maskaları

 

Saçlarım sağlamlıqla parıldasın deyirsinizsə…

•Saçınızı yüngülcə yuyun. Çox yumaq saçı qurudar, qırılaraq cansız olmasına səbəb olar. 3 gündə bir yumaq böyük şəhər yaşantısının çirkli havasında məcburidir. Təmiz bir ətraf mühitdə yaşayırsınıza saçınızı 5 gündən bir yumaq olar.

Yetkinlik çağındasınızsa ya da yağlı və kəpəkli bir saçınız varsa saçınızı 2 gündən bir yumanız lazımdır.

 Saç dibləri və saç üzərində iştirak edən turşu və qoruyucu lipit təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq suyu seçin.

Saç qurutma fenini yüksək istilikdə işlətməyin. Yüksək istilik, fenləmək və həddindən artıq isti fenlə saçı burduqda və  saça forma vermək zərərlidir.

• Saçınızı çox bərk bağlayan ağır saç aksesuarları və taclar istifadə etməyin. Bu şəkildə istifadə etdiyiniz saç aksesuarlarından və taclar saçlarınızın köklərindən zədələnməsinə və qopmasına səbəb olar.

• Saçınızı sabunla yumayın. Sabun saç dərisni qurudaraq göbələk və bakteriya istehsalına səbəb olar.

 

Qış ayları üçün təbii saç maskaları

 

 

• Saçlı dəri tipinizə (normal, quru, yağlı) görə şampun seçin.

• Saçınızda sədəf, ekzema kimi xüsusi bir xəstəliyiniz varsa ya da tökülmə kimi bir problem yaşayırsınızsa dermatoloqunuzun təklif edəcəyi kükürd və qatran ehtiva edən; göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan dərmanlı şampunları istifadə edin.

• İkisi bir yerdə şampunları istifadə etməyin. İkisi bir yerdə şampunların istifadəsində saç kremi saçda  qalması lazım olduğundan daha az müddət qaldığı üçün nəmləndirmə təsiri kifayyət qədər olmaz.

• Saçınız çox qurudursa 10 gündə bir maska tətbiq edin.

• Saç tökülməniz sıxdırsa saçınızı qidalandırmaq üçün dermatoloji ekspertinizin təklif etdiyi biotin, sink, selenyum, metionin, E, B, D vitaminlərini ehtiva edən dəstək dərmanları istifadə edin.

 

Qışda saç baxımınız üçün saç maskaları

Quru saçlar üçün nəmləndirici saç maskası  

Vəsaitlər

 Yarım stəkan təmiz zeytunyağı

10 damcı limon suyu

Yarım stəkan təmiz zeytun yağına 10 damcı limon suyu sıxaraq, hazırladığınız qarışığı bütün saçınıza dibdən uca qədər tətbiq edin.

Yarım saat gözlətdikdən sonra ilıq suyla 1 dəfə şampunlayaraq yuyun.

 

Qış ayları üçün təbii saç maskaları

 

 

Yağlı saçlar üçün nəmləndirici saç maskası  

Vəsaitlər

Yarım stəkan su

Yarım stəkan alma sirkəsi

Yarım stəkan su və alma sirkəsini qarışdıraraq, bütün saçınıza dibdən uca qədər tətbiq edin.

Yarım saat gözlətdikdən sonra ilıq suyla 1 dəfə şampunlayarak yuyun.

 

Cansız saçlar üçün nəmləndirici saç maskası 

 Vəsaitlər

Yarım stəkan badam yağı

2 ədəd yumurta sarısı

10 damcı limon suyu

Bütün vəsaitləri qarışdırın. Hazırladığınız qarışığı bütün saçınıza dibdən uca qədər tətbiq edin.

Yarım saat gözlətdikdən sonra ilıq suyla 1 dəfə şampunlayarak yuyun.


16 yanvar 2013
GO BACK