Qadin.NET / Saçlarınızı qışın soyuğundan qorumağın 4 yolu

Saçlarınızı qışın soyuğundan qorumağın 4 yolu

 

 

Qış mövsümündə saçlarımızın da diqqətə ehtiyacı var. Quru və soyuq havalar saçların kökündəki nəmdən istifadə edir və donur, quru, zəif saçlara çevirir. Bu ipucları ilə saçlarınızı soyuq havalarda qoruyun.

Nəmləndirin

  Saçlarınızın elektriklənməsi və pis görünüşü saçlarınızın quruduğuna görə olur. Soyuq havalar saç kökündəki nəmə təsir edir. Buna görə də bu aylarda istifadə etdiyiniz məhsulların nəmləndirici effektə malik olduğundan əmin olun. Qış aylarında xüsusi məhsullardan da istifadə edə bilərsiniz. 

Seramik və ionlu məhsullardan istifadə edin
Saçlarınıza forma vermək üçün istifadə edilən alətlərdə ion xüsusiyyətinin olduğuna diqqət edin. Qoruma xüsusiyyətinə malik olan bu maddələr saçınızın həddindən artıq isti səbəbindən məhv olmasına mane olur. İonlu alətlər saçınızda elektrikin əmələ gəlməsinə imkan verməyəcək. Saçınızın soyuq havalardan sonra bir anda həddindən artıq istiyə məruz qalaraq məhv olmasının qarşısını bu şəkildə ala bilərsiniz.

Yaş saçla bayıra çıxmayın

Saçınızı yeni yuduğunuz zaman soyuq havaya çıxmağınız həm sağlamlığınıza pis təsir edər, həm də saçlarınızı zəiflədər. Yaş saç soyuq havaya məruz qaldıqda donur və tez qırılır. Saçlarınızın yaxşıca quruduğuna əmin olmadan bayıra çıxmayın.

 İpək aksesuarlardan istifadə edin

  Qışın gəlməsi ilə soyuq havalar üçün bir çox gözəl və rahat aksesuarlar satışa çıxarılıb. Ancaq aldığınız məhsulun materialı saçınızın tarazlığını pozmaqla yanaşı, elektriklənməsinə, hətta qırılmasına səbəb ola bilər. Buna görə də ipək aksesuarlardan istifadə edin.

1 mart 2013
GO BACK