Qadin.NET / Soyuq havadan saçınızı qoruyun

Soyuq havadan saçınızı qoruyun

  Ekspertlər sübut  ediblər ki,  soyuq hava gələn kimi  xüsusilə qadınların saçlarında və dərilərində problemlər yaşanır. Saçlara düzgün qulluq etmək istəyirsənsə, onları düzgün yumalısan. Həyat tərzi, saçın hansı növə malik olması, qidalanmamız  saçlara düşündüyümüzdən çox böyük təsir edir. Normal yağlı olan saçlar  həftədə 2 dəfə yuyulsa yaxşı olar. Kifayət qədər  yağlı saçlar isə 2- 3 gündən bir yuyulmalıdır.  Quru saçlar isə daha gec-gec yuyulur.  Şampun seçiminə də diqqət etmək lazımdır.  Tez-tez fen, balzam, saç kremlərindən istifadə saçınızın solğun və cansız görünməsinə səbəb olacaq. Qışda isə saç xanımlardan daha çox qulluq tələb edir, soyuq və şaxtalı havada bayıra papaqsız çxmayın. Saç ucları bu halda elektrikləşir və normal görünmür. 

Elektriklənən saçlar üçün asan maskanı sizə təqdim edirəm:

Bunun üçün bizə bal lazım olacaq. 1 xörək qaşığı balı su ilə qarışdırıb saçlarınızı yaxalayın (çimərkən saçınızı  sonda bu suyla yuyun). Hər dəfə saçınızı yuduqdan sonra bu “maskadan” istifadə edin.

  Qış fəslində saçlar daha çox qulluq tələb edir. Piy vəziləri saçları şaxtadan qorunması üçün artıq miqdarda piy ifraz edir, ona görə də qışda onları tez-tez yumaq lazım gəlir. Havanın dəyişməsi ilə əlaqədar saçlar quruyur, kövrəkləşir və qırılır. Dərinin hədsiz quru olması da buna səbəb ola bilər.

 

   Əgər saçlarınız qurudursa, bir qayda olaraq onları yumazdan 20 dəqiqə  əvvəl uclarına  şalğam yağı sürtün. Qışda saçlarınızı ətraf mühitin təsirindən qorumaq məqsədilə papaq geyinin. Bu fəsildə başın dərisinə saç düzləşdirici preparatlar yaxmaq olmaz. Hazırda saçları möhkəmləndirən bir çox köpük və gellər var. Belə vasitələr saçları qidalandırır, həcmli göstərir və uzanmasını təmin edir.


 

  Tünd saçları düzləşdirici vasitələrdən imtina etməklə bir qədər “müalicə etmək” olar. Ən azı bir həftə göstərilən vasitələr olmadan saçlarınızı şampunla yumağa çalışın.  Həftədə heç olmasa bir dəfə maska və ot dəmləmələrindən istifadə edin. Zəif saçları müalicəvi vasitələtlə gücləndirmək olar.  Bunun üçün 2 xörək qaşığı aloe şirəsi ilə bir çay qaşığı gənəgərçək yağını qarışdırıb saçları yumazdan yarım saat  qabaq başın dərisinə sürtmək olar.

  Müntəzəm olaraq saçların qurumuş uclarını kəsdirin, bu onların zahiri görünüşünü də təzələyəcək. Saçlarınızı tez-tez daramağa çalışın, belə qan dövranınız güclənəcək və tük soğanaqlarınız möhkəmlənəcək. 


12 mart 2013
GO BACK