Qadin.NET / Saç boyasından istifadə

Saç boyasından istifadə

Saç boyasından istifadə

  Əziz qadınlar, hər birimiz saçlarımızın qayğısına qalmalıyıq.Bəs boya qoyarkən saçlarımıza nə dərəcədə ziyan vururuq?Bu ziyanı əlbəttə ki, maskalarla aradan qaldırmaq lazımdır. Saçlarımıza boya qoyarkən saçlar çirkli olmalıdır, yoxsa təmiz? Dərimizə hopan boyaları necə təmizləmək olar? Əgər sizləri də bu suallar maraqlandırırsa, onda xəbəri oxuyun.

  Saçlara boya qoyarkən saçlar təmiz olmalıdırmı?

Saçınızın təmiz və yaxud da çirkli olmasının heç bir əhəmiyyəti yoxdur. Hər iki vəziyyətdə  də müsbət nəticə almaq olar.Ancaq boyanı çəkməzdən öncə diqqət etmək lazımdır ki, saçlarda jele, sprey və s. vasitələr olmasın. Çünki bu vasitələrdən hər hansı biri saçlarınızda olarsa, boya saçı yaxşı tutmaz. 

Boya saçların tökülməsinə səbəb ola bilərmi?

Boya saçı əsla tökməz. Əlbəttə ki, son istifadə tarixinə mütləq baxmaq lazımdır. Saç tökülməsinin əsas səbəbləri  bunlardır: depressiya, fəsil dəyişikliyi, fizioloji narahatlıqlar, nizamsız bəslənmə və s.

 

Saç boyasından istifadə

Dəriyə düşən boyanı necə silmək olar?

Boyadan istifadə etməzdən öncə mütləq saça yaxın olan bölgələrə nəmləndirici krem çəkmək lazımdır. Gözləmə müddəti bitdikdən sonra saçlar yuyulur, boya dəyən yerləri isə nəmləndirici sabunla yumaq və ya pambıqla silmək olar.

Qaş və kirpiklər də boyana bilərmi?

Tibbdən gələn məlumatlara görə, bunu etmək insan orqanizmi üçün zərərlidir. Əgər qaşlarınızı və kirpiklərinizi rəngləməkdə fikriniz qətidirsə, onda mütləq qaşlar üçün olan boyalardan istifadə edin. Əgər belə boyanız yoxdursa, onda saç boyasının içinə bir neçə damcı zeytun və ya badam yağı əlavə etmək lazımdır. Bu, zərərin qabağını bir az almış olar.

 Boyadan nə qədər istifadə etmək lazımdır?

Saç ayda təxminən 1 sm uzanır. Əslində 4-5 aydan bir boyadan istifadə etmək normaldır. Amma maskalar tətbiq etməklə ayda bir dəfə də qoymaq olar. Çalışın ki, həmişə keyfiyyətli boyalardan istifadə edəsiniz. Həm saçlarınızda uzun müddət qalar, həm də saçlarınızın qayğısına qalmış olarsınız.

28 aprel 2013
GO BACK