Qadin.NET / Həcmli saçlara qulluq

Həcmli saçlara qulluq

Ev şəraitində həcmli saçlara təbii yolla qulluq etmək istəyirsinizsə,yazımızı diqqətlə oxuyunsmile

Bu baxımı həftədə 1-2 dəfə etsəniz, həm saçlarınız güclənər, həm də saçlarınızın tökülməsinin qarşısı alınar.

1. Saçlarınızı saç tipinizə uyğun bir şampunla yuyun. Saç tipinizə uyğun şampun yağlı, quru, ya da normal variantlarından biri olacaq.

2. Duşdan sonra saçınızı yüngülcə quruladıqdan sonra əgər saçlarınız yağsız,quru və köhnəlmiş saç tipidirsə, aşağıdakı qarışığı hazırlayıb saçınıza çəkin.

 

Tərkibi:

- badam yağı

- küncüt yağı

- yumurta sarısı

 

Qarışımı saçınızda 20-25 dəqiqə saxladıqdan sonra yuyun. Saçlarınız həm parlaq, həm də daha sağlam olacaq.

 

3. Saçlarınız çox tökülürsə və günəşin təsirindən saç rənginiz açılırsa, antioksidan ehtiva edən saç məhsullarından istifadə edin.

4. Saçlarınız normaldırsa  və tökülmürsə,saçlarınızı duşdan sonra dərhal fenlə qurulamayın, bir az gözləyin ki, öz-özünə qurusun. 30-45 dəqiqə sonra saçınızı fenlə quruda bilərsiniz. Çünki nəmli saç daha kövrək və dayanıqsız olur.

5. Saçlarınıza jele və s. kosmetik məhsul tətbiq edəcəksinizsə, mütləq saçınızın uclarına çəkin və axşam yatmazdan əvvəl mütləq yuyun.

 

 

6. Saçlarınızı rəngləyərkən keyfiyyətli  boyadan istifadə etməyə diqqət göstərin. Boyalı saç daha möhkəm və qırılmaz kimi görünsə də bu, yalnız boyanın qatdığı müqavimətdir.

Saçı tez-tez  boyamaq saçın cansız qalmasına səbəb ola bilər.

7. Saçlarınızı sıx daraqla  daramaq saçınızın qırılmasına səbəb ola bilər.Bunun qarşısını almaq üçün seyrək dişli və taxta daraqlardan istifadə edin.

19 dekabr 2012
GO BACK