Qadin.NET / Saç kremləri haqqında doğru bilinən yanlışlar

Saç kremləri haqqında doğru bilinən yanlışlar

Şampundan  sonra istifadə edilən saça qulluq  kremləri həm saçların  qarışmasının  qarşısını  alır, həm də saç tellərinə güc qazandırır. Bununla yanaşı, saç kremləri haqqında doğru və səhv bildiklərimiz də var.

Sizlərə saç kremləriylə əlaqədar doğru bildiyimiz  səhvlərdən  bir  neçəsini  təqdim edirəm:

Səhv: 2-si birində  şampun istifadə edirsinizsə, saç  kremindən istifadə etməyə ehtiyac yoxdur.

Doğru: Şampun saçı, saçdakı yağı və tozu təmizləmək üçün yaradılmışdır. Saç  kreminin sahib olduğu  qədər qidalandırma  və qoruma xüsusiyyətlərinə sahib deyil. Bu səbəblə yalnız şampundan istifadə etmək saçın  nizamlı  baxımı üçün  yetərli  deyil.

Səhv: Saç kremi saçları  tökər.

Doğru: Əvvəlcə hər gün 100 tük qədər saç itkisinin normal olduğunu bilmək lazımdır. Ancaq saç kremi istifadəsiylə bunda bir təhlükə  yaratmadığı elmi olaraq sübut edilmişdir.

Səhv: Saç  kremi  kəpək  yaradar  və saç dərisini qaşındırar.

Doğru: Dərinin  yenilənmə  müddətində  ölü  dəri  hüceyrələrinin  normaldan daha sürətli və böyük hissələr halında tökülməsinə kəpək deyilir. Saç kremi istifadəsinin buna gətirib  çıxarmadığı  yenə elmi olaraq sübut edilmişdir.

Səhv: Şampundan sonra həmişə saç kremindən istifadə  etmək  saça zərər verər.

Doğru: Əksinə, saç  kremi  saç  üzərində  qoruyucu  təbəqə  meydana  gətirərək  saçı bəsləyər, qoruyar  və gələcək  təhlükələrə  qarşı qoruyar.


2 noyabr 2012
GO BACK