Bir çox xanımlar saç kəsdirib-kəsdirməmək məsələsində tərəddüd edir. Hansı hallarda saç kəsdirmək olar?
Siz saç kəsdirməlisiniz, əgər
1. Cavan görünmək istəyirsinizsə. Saç həqiqətən qadını cavanlaşdırır, təkcə alındakı qırışları örtdüyünə görə yox.
2. Təkrar olunmaz görünmək istəyirsinizsə. Saç insanı individual göstərir, ətrafa baxın - eyni saç görmək qeyri-mümkündür. Müxtəlif saçlarda eyni saç düzümü də fərqli görünür.
3. Oynaq, qeyri-ciddi, məzəli görünmək istəyirsinizsə.
4. Romantik, xəyalpərəst, fikirli görünmək istəyirsinizsə.
5. İşgüzar və ciddi görünmək istəyirsinizsə.
6. Dəyişmək, seksual və cazibədar görünmək istəyirsinizsə.
Saçın olar-olmazlar
1. Saçınıza heç bir halda lak vurmayın. Nəticə çox pis alınacaq. Ən yaxşısı saçınızı fenləməmişdən əvvəl bir az muz vurmaqdır.
2. Saçınızı ən azı ayda bir dəfə kəsdirərək yeniləmək lazımdır. Axı onlar diş deyil. Hətta buruq saçlara və ya qısa saç düzümünə sahibsinizsə, yenə də telinizi yeniləməlisiniz.
3. Saça gel vurmaq da məsləhət deyil. Axşam saçınızı fenlə düzləşdirsəniz belə, səhər saçınızı yenə də fenlə qaydaya salmalısınız.
4. Əgər Saçınızla qaşınız arasındakı məsafə 1,5-2 sm-ə bərabərdirsə, bu saç sizi uşağa bənzədəcək.
5. Saçınız sulu halda kəsməyin, əks halda saçınızın uzunluğu istədiyinizdən qısa alınacaq.
6. Saçı rəfiqənizə deyil, saç ustasına həvalə etsəniz, daha yaxşı olar.
7. Saçın hamısını birdən yox, hissə-hissə kəssəniz, nəticə ürəyinizcə olacaq.