Qadin.NET / Saçlar üçün

Saçlar üçün

Fitaton xınaları-saçlar üçün ekoloji boya.

Xanımların böyük bir qismi çox zaman saçların ağarması ilə əlaqədar olaraq kimyəvi saç boyalarına üstünlük verirlər. Bu boyaların tərkibində olan kimyəvi maddələrin əksəriyyəti kanserogen olub insan orqanizmində toplanır və dermatit, Kvinke ödmi və s. kimi xəstəliklər yaradır.

Xınanın digər kimyəvi boyalardan fərqi:

     Xına saçlara bürüyücü təsir edərək onu qalınlaşdırır və səthini hamar edir.

     Xına saçlara təbii parlaqlıq və ipəklik bəxş edir. 

     Xına boyanmaya kimyəvi yolla təsir etmir, çünki o digər kimyəvi boyalar kimi saçların təbii piqmentini parçalamır.

     Xına tərkibində olan efir yağlarının hesabına saçların səthində qoruyucu təbəqə əmələ gətirir.

     Kimyəvi boyalar kimi xına saçların səthindən tam yuyulmur.

     Xına saçları qidalandıraraq uzun müddət qalır.

     Kimyəvi boyalarla boyanma zamanı saçlar günəş şüalarının və dəniz suyunun təsirindən öz keyfiyyətini itirdiyi halda, xına ilə boyanmış saçlarda bu baş vermir.

Hamiləlik və südvermə zamanı xanımlara həkimlər tərəfindən icazə verilən yeganə təhlükəsiz saç boyası məhz xınadır. Bu həm də hamiləliklə əlaqədar korlanmış saçların keyfiyyətini də bərpa edəcəkdir.

     Xınanın saçlara qoyulmasında yaş məhdudiyyəti yoxdur.

     Xınanın qiyməti də digər kimyəvi boyalarla müqayisədə çox münasibdir.

Saçlar üçün

Xınaya müxtəlif qatqılar əlavə etməklə istədiyiniz rəng çalarını əldə edə bilərsiniz:

 Qara rəng üçün – basma

 Qırmızı rəng üçün – məkkəgülü, qırmızı çaxır, kakao

 Qəhvəyi rəng üçün – qəhvə tozu, mixək

 Şabalıdı rəng üçün – qəhvə, tünd çay dəmləməsi

 Şokolad rəngi üçün – qoz yarpağı

 Qızılı-sarı rəng üçün – rəvənd, zəfəran, çobanyastığı, sarıkök

 Badımcanı rəng üçün – çuğundur şirəsi

 

Saç ustalarına məsləhətlər:

    Kimyəvi boyalar insan sağlamlığı üçün zərərdir.

Əgər boyanmada daha tünd çalarlar əldə etmək istəyirsinizsə, xına və basma qarışığından istifadə edə bilərsiniz.

  Mütəmadi xınadan istifadə nəticəsində saçlar daha gur, möhkəm, parlaq, rəngi isə dayanıqlı olur.


 

20 iyul 2012
GO BACK