Qadin.NET / Quru saçlar üçün təsirli maskala

Quru saçlar üçün təsirli maskala

Saçlarınız quru, zəif və solğun görünürsə, uclarında qırıqlar varsa, davamlı elektriklənirsə, deməli, sağlamlığını itirib. Saçların qidalanmasına hər zaman ehtiyac var. Ev şəraitində hazırlayacağınız maskalarla yeni saçlara qovuşa bilərsiniz.

Çay
Dəm çayı saçlara parlaqlıq verir. Şampunlayıb duruladıqdan sonra şəkərsiz, təzə dəmlənmiş çayla saçlarınızı yuyun. Saçlarınız tünd rənglidirsə, qara çay, sarıdırsa, çobanyastığı çayı istifadə etməlisiniz.

Avokado maskası
Avokado tərkibindəki mineral, vitamin və yağ turşuları sayəsində saçlarınızı yeniləyər. 1 ədəd böyük avokadonu əzib 1 yumurta ilə qrışdıraraq maska düzəldin. Bu maskanı nəm saça çəkin, 20 dəqiqə saxladıqdan sonra yaxşıca yuyun. Kövrək saçlara sahibsinizsə, bu üsuldan həftədə bir dəfə, güclü saçlara sahibsinizsə, ayda bir dəfə tətbiq edin.


Saçlara həcm verən alma sirkəsi
Zərər görmüş, nazik saçlarınız varsa, bu maska ilə həcm qazandırmaq olar. 3 yumurtanın ağı, 2 qaşıq zeytun yağı və 1 çay qaşığı alma sirkəsini qarışdırıb saçınıza çəkin. Başınıza duş papağı taxıb, yarım saat gözlədikdən sonra şampunla yaxşıca yuyun.

Zülal dəstəyi
Saç tellərinizi yeniləmək, gücləndirmək, qırıqların qarşısını almaq üçün zülala ehtiyac var. Bir yumurta ilə bir miqdar şampunu qarışdırıb saçlarınıza tətbiq etdikdən sonra 5 dəqiqə saxlayın və yaxşıca durulayın.

İlıq yağ müalicəsi
Yarım stəkan zeytun yağını isidin, ancaq qaynamağa imkan verməyin. İlıq yağla saçınıza masaj etdikdən sonra başınıza duş papağı taxın. Üstəlik, isti qalması üçün dəsmalla bükün. 45 dəqiqə saxladıqdan sonra şampunla yuyun.

Hindqozu yağı
Zərər görmüş saçlar üçün möhtəşəmdir. Saçınızı islatdıqdan sonra bütün saça hindqozu yağı çəkin. Duş papağı taxın və dəsmalla sarıyın. Bir müddət belə saxlayın. Sonra şampunla yuyun.


12 dekabr 2020
GO BACK