Əgər saçlarınız nazikdirsə, bunun çətinliklərini çox yaxşı bilirsiniz. Nə edirsinizsə-edin saçlarınız həmişə yağlı, cansız görünür.
Saçlarınızın daha gur və canlı görünməsi üçün sadə üsulları diqqətinizə çatdırırıq:
Saçınızı hər tərəfə ayırın
Saçlarınızı mütəmadi ortadan ayırmaq yerinə, bəzən ziq-zaq, bəzən çarpaz, bəzən yandan ayırın. Bəzən isə heç ayırmadan hamısını bir istiqamətə doğru darayın. Bu sadə hiylə ilə saç köklərinə dolğunluq qazandıra bilərsiniz.
Saçlarınızı qurudarkən başınızı aşağıya əyin
Fenlə qurudarkən isti hava saçların kökündən ucuna doğru gəldiyi zaman saçınıza dolğunluq gələcək. Əgər başınızı önə əymək sizə narahatlıq verirsə, saçlarınızı ucundan tutub havaya qaldıraraq da quruda bilərsiniz.
Saçlarınızı yığa bilərsiniz
Çox düz şəkildə daranmış saç modeli solğun və cansız görünə bilər. Digər yandan, bir az qarışıqlıq, saçdakı xəfif dalğa həcmli bir görünüş qazandıracaq.
Saçınızı doğru şəkildə yuyun
Əvvəlcə saçınızı isti su ilə yaxşıca isladın və çirki yuyun. Daha sonra şampunu sadəcə köklərə tətbiq etdikdən sonra uclara da vurun. Saçın ucunu çox ovalamayın, çünki bu yerlər qırılmağa meyllidir. Saç kremi və ya qulluq maskalarını isə yalnız uclara vurun. Çünki bu cür vasitələr kökləri yağlandırır və sönük bir görünüş verir. Saç diblərinizə masaj edərək, düzənli şəkildə saçlarınızı yuyun. Bu, qan dolaşımını yaxşılaşdırır və ölü hüceyrələrdən azad edir. Mümkünsə saçınızı hər gün yumayın. Bu, saç tellərindəki qoruma təbəqəsinə zərər verir və saçlarınız gücsüzləşir.