Havalar istiləşdikcə qızların çoxu saç rəngini dəyişmək istəyir. Saç rəngini təbii və ucuz yollarla açmaq istəyənlər üçün bir neçə maska resepti təqdim edirik.
Çobanyastığı
Bir qabı qaynar su ilə doldurun. Çobanyastığı çiçəyini 10 dəqiqə isti suda saxlayıb süzün, sonra soyumasını gözləyin. Maskanı təmiz saçlara çəkib 1 gecə saxlayın, ertəsi gün yuyun. Saç rəngini daha çox açmaq üçün maskanı təkrar edə bilərsiniz. Çobanyastığı çayı eyni zamanda kəpəyin də qarşısını alır.
Limon
Limonu dilimləyib saçlara çəkin. Yaxud da 2 qaşıq limon suyu ilə 1 stəkan isti suyu qarışdırıb saçlara çəkib, bir müddət günəşin altında gəzin. Limon suyu quruduqdan sonra saçları yuyun. Tellərin yumşalması üçün uclarına hindqozu yağı çəkin.
Darçın
1 çay qaşığı darçınla yarım stəkan suyu qarışdırıb məcun halına gətirin. Saçları isladıb saç kremi tətbiq edin. Sonra darçınlı qarışığı saçlara çəkib başınızı bağlayın. Ən az 6 saat saxladıqdan sonra yaxalayın.
"Araq"
1 stəkan araqla 1 stəkan mineral suyunu sprey şüşəsinə doldurun. Saç tellərinə çəkib bir müddət günəşin altında dayanın.
Soda
1 çay qaşığı sodaya bir miqdar suyu qarışdırıb ayda bir dəfə şampunla yuduqdan sonra saçınızı bu suyla yuyun. Lakin saçlarınız həssasdırsa, soda saçlara zərər verə bilər!